Tağıyev Dilqəm Bəbir oğlu

Anadan olduğu yer Azərbaycan Respublikası, Kəlbəcər rayonu 
Təvəllüdü 06.01.1950 
Bitirdiyi ali təhsil müəssisəsi Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti ), kimyaçı
Elmi dərəcəsi Kimya elmlər doktoru 
Elmi rütbəsi Akademik
Namizədlik (PhD) dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı
 

 

02.00.03 (2306.01)

Üzvi kimya

Olefinlərin seolit katalizatorları üzərində çevrilmələrinin tədqiqi
Doktorluq dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı


02.00.15 (2316.01) 

Kimyəvi kinetika və kataliz

Karbohidrogenlərin oksidləşdirici dehidrogenləşmə və piroliz reaksiyaları üçün seolit və silikagel əsaslı katalitik sistemlər
Müxbir üzv seçilməsi

-         tarix

-         ixtisasın adı

2007

neft kimyası

Həqiqi üzv seçilməsi:

-         tarix

-         ixtisasın adı

2014

kimyəvi kinetika və kataliz

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

-         xaricdə çıxmış elmi əsərlərinin sayı

-   beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı

750 (21-i monoqrafiya, kitab,  dərslik, 16 tədris-meto­dik vəsait)

470

 

230 (o cümlədən 125-i  Web of Science bazasına daxildir)

Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 60
Kadr hazırlığı:

-   fəlsəfə doktorlarının sayı

-   elmlər doktorlarının sayı


13

Əsas elmi nailiyyətləri

Dilqəm Tağıyevin elmi fəaliyyəti əsasən müxtəlif sinif karbohidrogenlərin və onların törəmələrinin hidrogenləşmə, oksidləşmə, izomerləşmə, alkilləşmə, oksidehidrogenləşmə, oliqomerləşmə və digər reaksiyaları üçün heterogen və homogen katalizatorların işlənib hazırlanmasına və təsir mexanizminin öyrənilməsinə, bioloji fəal metal-komplekslərin sintezinə və tədqiqinə, bəzi fiziki-kimyəvi proseslərin öyrənilməsinə və modelləşdirilməsinə həsr olunmuşdur.

İlk dəfə olaraq tərkibində keçid elementləri olmayan seolitlərin – oksidləşmə-reduksiya tipli reaksiyalar üçün qeyri-ənənəvi olan katalizatorların, olefinlərin hidrogenləşmə, hidroizomerləşmə və müxtəlif karbohidrogenlərin oksidehidrogenləşmə reaksiyalarında yüksək aktivliyini müəyyən etmiş; alkil naften karbohidrogenlərinin əvvəllər məlum olmayan çevrilmələrının seolit katalizatorları üzərində mümkünlüyünü aşkara çıxararaq onlara oksidehidrodisproporsionallaşma və oksidehidroizomerləşmə reaksiyaları adı vermişdir. Müxtəlif reaksiyaların mikroməsaməli katalizatorlarda kinetikasının öyrənilmə prosesində mühüm amil olan diffuziya əmsalının termodesorbsiya ölcmələri əsasında hesablanması üçün yeni ekspres-metod təklif etmişdir.

Seolitə bənzər kristallik quruluşa malik olan dəmir, qallium və zink fosfatların hidrotermal sintezini həyata keçirmiş, onların quruluş xüsusiyyətlərini və metanolun konversiyasında yüksək katalitik aktivliyini müəyyən etmişdir. İlk dəfə olaraq suyun fotoeletrokimyəvi parçalanmasında seolitlərdən elektrod materialının effektliliyini kəskin yüksəldən əlavə kimi istifadənin mümkünlüyünü göstərmişdir. Yüksək oktan ədəli benzin komponentləri almaq üçün birbaşa qovulmuş benzinlərin aşağı temperaturlu izomerləşmə-disproporsionallaşma reaksiyaları və normal parafinlərin metanol ilə birgə konversiyası üçün tərkibində qiymətli metallar saxlamayan sirkonium-seolit tipli yeni katalitik sistemlər yaratmış və onların təsir mexanizmini öyrənmişdir. Metanın benzola oksidləşdirici dehidrotsikləşməsi və aşağı molekullu digər parafinlərdən aromatik karbohidrogenləri almaq üçün yeni katalizatorlar işləyib hazırlamış və aktiv mərkəzlərin təbiətitini müxtəlif üsullarla tədqiq etmişdir.

C2–C8 olefinlərin yumşaq şəraitdə dimerləşmə və oliqomerləşmə reaksiyaları üçün yeni metal kompleks və heteropoliturşu katalizatorları sintez etmiş, nikel komplekslərinin bərk daşıyıcı üzərində immobilizasiyası üçün yeni üsul işləyib hazırlamışdır. Nikel tiopirazolaldiminat komplekslərinin katalitik aktivliyi ilə stereokimyəvi sərtliyi arasında əlaqənin mövcudluğunu ilk dəfə aşkar etmişdir. Müxtəlif dərman maddələrinin (doksorubisin, tripsin, doksisklin, tiroksin və s.) təsir müddətini artırmaq və toksiki təsirini azaltmaq məqsədilə onların immobilizasiyası üçün tərkibinə nanoölçülü gümüş hissəcikləri daxil edilən müxtəlif nanogellər sintez etmiş və onların əsasında dərman maddələrinin ünvana çatdırılması və nəzarətli ayrılması üçün polimer daşıyıcılar işləyib hasırlamışdır.

Bir çox xarici dillərdə çap olunan və əsasən əcnəbi oxucular üçün nəzərdə tutulan ”Наука в СССР” jurnalında (1985, №5) Dilqəm Tağıyevin elmi axtarışlarına ayrıca məqalə həsr olunmuşdur. SSRİ EA Rəyasət Heyətinin Yubiley iclasında (oktyabr, 1987) kataliz sahəsində mühüm nailiyyətlərdən biri kimi seolitlər üzərində oksidehidrogenləşmə reaksiyalarının tədqiqi sahəsində alınan nəticələr də qeyd olunmuşdur (Вестник АН СССР, 1987, №12). Bolqarıstanda keçirilən gənc ixtiraçıların dünya sərgisində D.Tağıyevin təqdim etdiyi katalizator diplomla təltif edilmişdir (1985).

Dilqəm Tağıyev 2007-ci ildə Azərbaycan MEA-nın müxbir üzvü, 2010-cu ildə Respublika Elmi Tədqiqatlarının Təşkili və Əlaqələndirmə Şurasının “Kataliz“ elmi istiqaməti üzrə Problem Şurasının sədri, 2013-cü ilin aprel ayında Azərbaycan MEA-nin Ümumi yıgıncagının qərarına əsasən Kimya Elmləri Bölməsinin akademik-katıbı və AMEA Rəyasət Heyətinin üzvü seçilmişdir. 2014-cü ildə Kimya Elmləri Bölməsinin ümumi iclasında AMEA-nın həqiqi üzvü və Kataliz və Qeyri-üzvi Kimya İnstitunun direktoru, Respublika Elmi Tədqiqatlarının Əlaqələndirmə Şurasının üzvü seçilmişdir. 2017-ci ilin may ayında isə AMEA-nın ümumi yığıncağında AMEA-nın vitse-prezident seçilmişdir.

Dilqəm Tağıyev 750-dən çox elmi əsərin (onlardan 470-i xarici ölkələrdə – ABŞ, Kanada, Meksika, İspaniya, Fransa, Belçika, Hollandiya, İngiltərə, Şotlandiya, İsveç, Finlyandiya, Almaniya, Avstriya, İtaliya, Çin, Çexiya, Macarıstan, Polşa, Boiqarıstan, Yaponiya, Cənubi Koreya, və s. çap edilmişdir), o cümlədən, 60 ixtiranın (patent və müəlliflik şəhadətnaməsinin), 21 monoqrafiya, kitab və dərsliyin, 16 tədris-metodik vəsaitin müəllifi, 2 kitabın baş elmi redaktoru, 6 kitab və toplunun redaktorudur. Onun 230-dan çox elmi məqaləsi impakt faktorlu elmi jurnallarda və toplularda çap olunmuşdur (o cümlədən, 125-i Veb of Science bazasına daxil olan).

Dilqəm Tağiyev bir çox xarici ölkələrdə keçirilən nüfuzlu elmi yığıncaqlarda Azərbaycan elminin təmsilçisi olmuşdur. Rusiyada (1974–2018), Bolqarıstanda (1979, 1983, 1991), Çexiyada (1982, 2005), Almaniyada (1980, 1990, 2018), Fransada (2001, 2004, 2017), İsveçdə (2002), Şotlandiyada (2003), Avstriyada (2003), İsveçrədə (2004), İspaniyada (2002, 2006, 2015, 2016), İtaliyada (2016, 2017, 2018), Sloveniyada (2019) və Türkiyədə (2019) keçirilən Beynəlxalq konqres, simpozium və konfranslarda məruzə etmişdir. 2017-ci ildə UNESCO-nun Parisdə keçirilən 39-cu Baş Konfransında Azərbaycanın dəqiq, ictimai və humanitar elmlər üzrə komissiyasının nümayəndəsi kimi Azərbaycan ərazisində geoparkların təşkili məsələlərinin müzakirəsində iştirak etmişdir.

Fransanın Lion Kataliz və Ekoloji Tədqiqatlar İnstitutunun və Norveçin SİNTEF Fondunun təklifi və dəvəti ilə Dilqəm Tağıyev Beynəlxalq qrupun tərkibində 2019–2022-ci illər üçün Avropa Birliyinin Horizon 2020 Beynəlxalq Qrant müsabiqəsinin qalibi olmüşdur.

Elmi əsərlərinin adları

1.Д.Б.Тагиев. «Кристаллические алюмосиликаты в катализе». Баку. Элм. 1989. 222 с.

2.D.B.Tağıyev “Heterogen kataliz neft kimyasında”. Bakı. Elm. 1992. 243 s.

3.Д.Б.Тагиев, А.Н. Мамедов. «Перспективные направления современной химии». Баку «Элм». 2014. 328 с.

4.D.B.Tağıyev,H.M.Əlimərdanov, S.İ.Abasov “Kinetika və kataliz”. Bakı. Elm. 2014. 616 s.

5.Dilqəm Tagıyev, Asif Məmmədov. ”Tək atomlardan supramolekulyar kimyaya”. Bakı. Elm. 2015. 315 s.

6.Г.И.Келбалиев, Ф.М.Садыхов, Г.М. Самедаде, А.Н. Мамедов, Д.Б. Тагиев. "Теория и практика гранулирования порошкообразных материалов". Баку: ЭЛМ. 2016. 330 с.

7.Г.И. Келбалиев, С.Р. Расулов, Д.Б. Тагиев, Г.Р. Мустафаева «Механика и реология нефтяных дисперсных систем». Москва «Маска», 2017. – 462 с.

8.Dilqəm Tağıyev, Manaf Manafov, Asif Məmmədov. Kimyada informasiya texnologiyalarının tətbiqi. Elm” nəşriyyatı, Bakı , 2018., 360 s.

9. Kelbaliyev G.I., Tagiyev D.B., Rasulov S.R. Transport Phenomena in Dispersed Media. CRC Press, (USA), 2019, 472p, eBook ISBN 9780429260292

10.Dunya M.Babanly, Imameddin R., Amiraslanov, Anderi V, Shevelkov, Dilqam B. Tagiyev. Phase equilibria in the T/T/I-Se system and thermodynamic properties of the ternary phases. Journal of Alloys and Compounds, 2015, V.644, pp.106-112

11.S.N.Mustafayeva, D.M.Babanly, M.M.Asadov, D.B.Tagiyev. Freguency dispersion of the dielectric coefficients and conductivity of Tl6SI4 crystals. Physics of the Solid State, 2015, vol. 57, No. 10, pp.1913-1915.

12.M.M.Asadov, S.N.Mustafayeva, A.N.Mamedov, D.B.Tagiyev. Effect of composition on the properties of(TlInSe2)1-x (TlGaTe2)x solid solutions. Russian Journal of Inorganic Materials, 2015, vol. 51, No. 12, pp.1327-1332

13.G. A. Bagirzade, D. B. Tagiyev, M. R. Manafov. Kinetics Of Vapor Phase Ammoxidation Of O-Xylene On V-Sb-Bi-Cr/G-Al2o3 Oxide Catalyst I. About The Competing Ways Of Formation Of The Main Products. International Journal of Current Research, 2015, №4, pp.59-67

14.Aliyev Akif Shikhan, Cafarova Samira Fikret, Mahmoud Elrouby, Dilgam Tagiyev «Studying the electrochemical deposition process of molubdenum from aqueous solution of molybdate ions». // J. Electro-chem. Sci. Eng 5(4), 2015, pp. 231-235.

15.Dunya M.Babanly, Ziya S. Aliev, Samira Z.Imamaliyeva, Fco.Javier Zuniga, Gotzon Madariaga, Dilqam B. Tagiyev. An investiqation of the Tl-Te-I system and crystal structure of the Tl5Te2I. Journal of Alloys and Compounds. 688. (2016). pp.997-1005

16.S.F.Humbatova,N.A.Zeynalov, D.B.Taghiyev, Sh.Z.Tapdigov, S.M.Mammedova. Chitosan polymer composite material containing of silver nanoparticle. // Digest Journal of Nanomaterials and Biostructures, 2016, Vol.11, No.1, p.39-44.

17. Sh.Z.Tapdiqov, S.M.Mammedova, D.B.Taghiyev, N.A.Zeynalov. Investigation of Chemical Interaction type of Polyacrylic acid based Hydrogel with Doxorubicin Hydro¬chloride // American Chemical Science Journal, 2016, v.12, iss.2, p.1-9.

18. Д.Б.Тагиев, Г.И.Келбалиев, Г.З.Сулейманов, С.Р.Расулов, Ф.И.Шекилиев, В.И.Керимли. Кинетика растворения асфальтосмолистых веществ в ароматических растворителях. Журнал «Химия и технология топлив и масел». 2016. №3.

19.Aliyev A.Sh., Tahirli H.M., Mahmoud Elrouby, Soltanova N.Sh., Tagiev D.B. «Electrochemical Fabrication And Characterization Of Corrosion-Resistant, Ternary, Lead-Based Alloys As A New Material For Steel Surface Protection». // Metallurgical and Materials Transactions B, 2016, v.47, Issue 3, pp. 2072-2078.

20.Eminov Sh.O.,Tagiyev D.B., AliyevA.Sh., Soltanova N.Sh., Guliyev J.A., Jalilova Kh.D., Ismayilov N.J., Hasanov I.S., Rajabli A.A., Mamedova G.Kh., Gurbanov I.I., Mahmood Elrouby «Photo and electrical peculiarities of the nanostructured glass /ITO/AAO and glass /ITO/CdS systems». // J.of Materials Science: Materials in Electronics, 2016, vol. 27, number 9, p. 9853-9860.

21. E.A.Salakhova, D.B.Tagiyev, P.E.Kalantarova, N.N.Khankishiyeva. İnvestigation of voltampere characteristics of diodic structure on base of thin films of rhenium chalcoge-nides. İnternational Journal of Engineering Sciences Research Tecnology. March, 2016. P.795-802. 5(3)

22. E.A.Salakhova, D.B.Tagiyev, P.E.Kalantarova, K.F.Ibrahimova. The Electrochemical Method For Obtaining thin Coverings Of Rhenium Chalcogenides. İnternational Journal of Engineering Sciences Research Tecnology. 5(10); October, 2016. P.390-399

23.Дильгам Тагиев, Эльза Салахова «Physicochemical properties of thin rhenium chalcogenides coatings». LAP LAMBERT Academic Publishing, 2017, 49 s.

24. D.B.Tagiyev, A.N.Azizova, Kh.I.Hasanov, M.R.Manafov. “Dimer Complexes of Mixed Ligands of Platinum”, Research Journal of Pharmaceutical Biological and Chemical Sciences, 2017, v. 8 , № 4, p. 931-936

25. Baş redaktor akademik Dilqəm Tağıyev. “Корифеи химической науки Азербайджана”. “Təbib” nəşriyyatı, Bakı- 2017, 311 s.

26.Leyla F. Mashadieva, Jem O. Kevser, Imir I. Aliev, Yusif A. Yusibov, Dilgam B. Tagiyev, Ziya S. Aliev, Mahammad B. Babanly. The Ag2Te-SnTe-Bi2Te3 system and thermodyna¬mic properties of the (2SnTe)1-x(AgBiTe2)x solid solutions series. Journal of Alloys and Compounds 724 (2017) p.641-648.

27.Vusala A. Majidzade, Parvin H. Guliyev, Akif Sh. Aliyev,Mahmoud Elrouby, Dilgam B Tagiyev. Electrochemical Characterization and Electrode kinetics for Antimony Electrode position from its Oxychloride Solution in the Presence of Tartaric Acid. Journal of Molecular Structure, 1136, 2017, p. 7-13.

28.D.M. Babanly, Q.M.Huseynov, Z.S. Aliev, D.B.Tagiyev, M.B. Babanly. «Thermodynamic Study of Tl6SBr4 Compound and Some Regularities in Thermodynamic Properties of Thallium Chalcohalides». Advances in Materials Science and Engineering, Volume 2017, Article ID 5370289,

29.Leyla Farhad Mashadieva, Jem Osman Kevser, Imir Iyas Aliev, Yusif Amirali Yusibov, Dilgam Babir Tagiyev, Ziya Saxavaddin Aliev, Muhammad Baba Babanly. Phase Equilibria in the Ag2Te-SnTe-Sb2Te3 System and Thermodynamic Properties of the (2SnTe)1-x(AgSbTe2)x Solid Solution. Journal of Phase Equilibria and Diffusion. 2017, Volume 38, Issue 5, pp 603–614.

30.V.Akhmedov, A.Aliyev, M.Bahmanov, V.Ahmadov,D.Tagiyev. ″Kinetics of phenyl-cetylene selective hydrogenation to styrene over metal-free polymeric carbon nitrides″. Applied Catalysis A,General Vol. 565, pp. 13-19,(2018), https:doi.org/10.1016/j.apcata.2018.07.033 CA-4.521

31.Dunya M. Babanly, Ziya S. Aliev, Qorkhmaz M. Huseynov, Salim M. Asadov, Solmaz N. Mustafaeva , Dilgam B. Tagiyev. The phase equilibria in the Tl-S-I system and electrical properties of the Tl6SI4 and TlS compounds.To be published in: Journal of Alloys and Compounds. CA-3.779

32.Babanly N.B., Imamaliyeva S.Z., Yusibov Y.A., Taghiyev D.B., Babanly M.B. Thermodynamic study of the Ag-Tl-Se system using the EMF method with Ag4RbI5 as a solid electrolyte // Journal of Solid State Electrochemistry, 2018, v.22, p.1143-1148. CA-2.509

33.Rayyat Huseyn Ismayilov, Fuad Famil Valiyev, Dilgam Babir Tagiyev, You Song, Nizami Vali Israfilov, Wen-Zhen Wang, Gene-Hsiang Lee, Shie-Ming Peng, Baghir A.Suleimanov. Linear pentanuclear nickel(II) and tetranuclear copper(II)complexes with pyrazinemodulated tripyridy ldiamine ligand: Synthesis, structure and properties. Inorganica Chimica Acta, Vol. 483, 2018, Pages 386-391. CA-2,264

34.D.M. Babanly, Z.S. Aliyev, V.A. Majid-zade, D.B. Tagiyev, M.B. Babanly. Experi-mental study of phase equilibria and thermodynamic properties of the Tl-Se-I system. Journal of Thermal Analy-sis and Calorimetry. 2018, p.1-9. https://doi.org/10.1007/s10973-018-7677-x CA-2.209

35.Алвердиев И. Дж., Аббасова В. А., Юсибов Ю. А., Тагиев Д. Б., Бабанлы М. Б. Термодинамическое исследование соединения Cu2GeS3 и твердых растворов Cu2-xAgxGeS3 методом электродвижущих сил с твердым электролитом Cu4RbCl3I2 // Электрохимия, 2018, том 54, № 2, с. 224–230. CA – 0.880

36.Yu.A. Yusibov, I.Dzh. Alverdiev, L. F. Mashadiyeva, A.N. Mamedov, D.B. Tagiev, M.B. Babanly. Study and 3D Modeling of the Phase Diagram of the Ag–Sn–Se System. Russian Journal of Inorganic Chemistry, 2018, Vol. 63, No. 12, pp. 1622-1635. CA-0.709

37.Imamaliyeva S. Z., D. M. Babanly, D. B. Tagiev, M. B. Babanly. Physicochemical Aspects of Development of Multicomponent Chalcogenide Phases Having the Tl5Te3 Structure: A Review // Russian Journal of Inorganic Chemistry, 2018, №13, p.1703-1027. CA – 0.709

38.Азизова А.Н., Тагиев Д.Б., Касумов Ш.Г., Гасанов Х.И. Полиядерный комплекс палладия (II) с β-меркаптоэтанолом // Журнал общей химии. 2018, т.88, вып. 5, с. 870-873. CA-0.658

39.Азизова А.Н., Тагиев Д.Б., Касумов Ш.Г., Гасанов Х.И. Шестиядерные комплексы платины (II) и палладия (II) с β-меркаптоэтанолом // Журнал общей химии. 2018, т.88, вып. 3, с. 478-481. CA-0.658

40.Imamalieva S.Z., Babanly D. M., T. M. Gasanly, D. B. Tagiev, and M. B. Babanly. Thermodynamic Properties of Tl9GdTe6 and TlGdTe2// Russian Journal of Physical Chemistry A, 2018, Vol. 92, No. 11, pp. 2111–2117. CA – 0.549

41.Zeynalov E.B., Friedrich J.F., Tagiyev D.B., Huseynov A.B., Magerramova M.Ya., Abdurehmanova N.A. Nanostructures from catalytic pyrolysis of gas and liquid carbon sources (a review) Materials Testing (Materials Synthesis) 60(7-8), 783-793(2018). CA – 0.521

42.А.Н.Азизова, Д.Б.Тагиев, С.Н.Османова, Ш.Г.Касумов, Х.И.Гасанов. Кристаллическая и молекулярная структура комплекса платины (II) с β- меркаптоэтиламин гидрохлоридом// Журнал Структурной Химии, 2018, Т.59. № 1.С.191-195. CA-0.521

43.S. I. Abasov, S. B. Agayeva, M. T. Mamedova, E. S. Isayeva, A. A. Imanova, A. A. Iskenderova, A. E. Aliyeva, R. R. Zarbaliyev, D. B. Tagiyev. Conversion of n-Heptane, n-Butane, and Their Mixtures on Catalytic Sys¬tems Al2O3/WO 4 2– ∙ZrO2 and HMOR/WO 4 2– ∙ZrO2. Russian Journal of Applied Chemistry. 2018, Volume 91, Issue 6, pp 964–971. CA-0,494

44.K. G. Guliyev, A. I. Sadygova,G. Z. Ponomareva,A. M. Aliyeva, Ts. D. Gulverdashvili,D. B. Tagiyev. Synthesis of 2-Chloromethyl-1-(p-vinylphenyl) cyclopropane and Its Copolymerization with Styrene. Russian Journal of Applied Chemistry. 2018, Volume 91, Issue 2, pp 304–309. CA-0,494

45.Safa I. Abasov, Suraya B. Aghayeva, Hafiz M. Alimardanov, Dilgam B. Taghiyev, Firuza M.Veliyeva, Malahat T. Mammadova, Aytan A. Iskenderova, Arzu A. Imanova, Yegana S. Isayeva. Kinetic features of low-temperature catalytic conversion of straight-run gasoline on Co-HZSM-SO42- 2- /ZrO2. Processes of petrochemistry and oil refining. PPOR, Vol. 19, No. 2, 2018, pp. 191-197. Web of Science

46.Vusala A. Majidzade., Parvin H. Guliyev., Yasin N. Babayev., Mahmoud Elrouby., Akif Sh. Aliyev., Dilgam B.Tagiyev. «Electrochemical behavior of selenite ions in tartaric electrolytes», Journal of Electrochemical Science and Engineering, 8(3) (2018) 197-204. Web of Science

47.A.Sh.Aliyev, R.G.Guseynova, U.M.Gurbanova, D.M.Babanly, V.N. Fateev, I.V.Pushkareva, D.B.Tagiyev. Electrocatalysts for water electrolysis. Kimya Problemleri, 2018, № 3, s. 283 – 306. Web of Science

48.D.M. Babanly, D.B.Tagiyev. Рhysicochemical aspects of ternary and complex phases development based on thallium chalcohalides. Kimya Problemleri, 2018, № 2, p. 153-177. Web of Science

49.Aliyev A.Sh., Majidzade V.A., Soltanova N.Sh., Tagiyev D.B., Fateev V.N. Some features of electrochemically deposited CdS nanowires. Kimya Problemleri, 2018, № 2, s. 178 – 185. Web of Science 50.V.A.Majidzade, S.F.Cafarova, A.Sh.Aliyev, N.B.Farhatova, D.B.Tagiyev. Electro-chemical deposition of thin semiconductive Mo-S films. Kimya Problemləri, 2018, 16, №4, Web of Science

51.Ş.Z.Tapdiqov, N.A. Zeynalov, D.B. Taghiyev, U.M. Akhmedova, A.I. Mamma-dova, M.Kh. Hasanova, M.A. Amirov. Research into properties and structure of basic polysaccharide in prunus domestica (cherry). Chemical Problems, 2018, v.16, No 1, p.35-43. Web of Science

52.Ş.Z.Tapdıqov, N.A.Zeynalov, D.B.Tagıyev, E.M.Qasımov, A.İ.Məmmədova, A.F.Nurəliyev , C.A.Sultanov. N-vinilpirrolidon və 4-vinilpiridinin xitozana calaq radikal sopolimerləşməsinin optimal şəraitinin tədqiqi. Chemical Problems, 2018, v.16, No 4, p. 505-513 Web of Science

53. Dunya M. Babanly, Ziya S. Aliev, Qorkhmaz M. Huseynov, Salim M. Asadov, Solmaz N. Mustafaeva, Dilgam B. Tagiyev. The phase equilibria in the Tl-S-I system and electrical properties of the Tl6SI4 and TlS compounds. Journal of Alloys and Compounds. 2019, V. 776, P. 495-503. CA-4,175

54. Samira Zakir Imamaliyeva, Sabina Sahib Musayeva, Dunya Mahammad Babanly, Yasin Isa Jafarov, Dilgam Babir Taghiyev, Mahammad Baba Babanly. Determination of the thermodynamic functions of bismuth chalcoiodides by EMF method with morpholinium formate as electrolyte. Thermochimica Acta, 2019, 679, 178319,7 CA-2.251

55. V.A. Majidzade, A.Sh. Aliyev, D.M. Babanly, M. Elrouby, D.B. Tagiyev. Investigation of the electrochemical reduction process of the molybdate ions in the tartaric electrolytes. Acta Chimica Sloveniya, 2019, 66, p. 155-162. CA -1.076

56. Алвердиев И.Дж., Имамалиева С.З., Бабанлы Д.М., Юсибов Ю.А., Д.Б.Тагиев, М.Б. Бабанлы. Термодинамическое исследование селенидов серебра-олова методом эдс с твердым электролитом Ag4RbI5.// Электро-химия, 2019, том 55, № 5, с. 629–636. CA-1.043

57. V.A. Majidzade, A.Sh. Aliyeva, I. Qasimogli, P.H. Quliyev, D.B. Tagiyev. Electrical Properties of Electrochemically Grown Thin Sb2Se3 Semiconductor Films. Inorganic Materials, 2019, Vol. 55, No. 10, pp. 979–983. CA-0.771

58. N.Z.Ibrahimova, G.М.Jafarov, D.B. Tagi-yev, I.U.Lyatifov. Research into kinetics of electron exchange reactions in the system sym. octamethylferrocene/sym. octamethylferricinium hexafluorophosphate // Chemical Prob-lems 2019, №2 (17), P. 310-315. Web of Science.

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü Nyu York Elmlər Akademiyasının həqiqi üzvü (1994),
Beynəlxalq Seolit Assosiasiyasının üzvü (2001),
Amerika Kimya Cəmiyyətinin üzvü (2003),
Rusiya Təbiətşünaslıq Akademiyasının üzvü (2013). 
Qabaqcıl  Materiallar üzrə Beynəlxalq Assosiasiyanın üzvü (2018).
Pedaqoji fəaliyyəti Azərbaycan Tibb Universitetinin professoru 
Digər fəaliyyəti

Dilqəm Tağıyev  SSRİ EA Kataliz üzrə Şurasının üzvü (1989), Nyu-York Elmlər Akademiyasının (1994), Beynəlxalq Seolit Assosiasiyasının (2001), Amerika Kimya Cəmiyyətinin (2003), Rusiya Təbiətşunaslıq Akademiyasının (2013) və Beynəlxalq Perspektiv Materiallar Assosiasiyasının üzvü (2018)  seçilmişdir.

Hal-hazırda Dilqəm Tağıyev Azərbaycan MEA-nın vitse-prezidenti, akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvu Kimya İnstitutunun direktoru, Azərbaycan Kimya jurnalının baş redaktoru, “Azərbaycan MEA-nın Məruzələri”, ”Azərbaycan MEA-nın Xəbərləri” jurnallarının, “ELM” qazetinin redaksiya şurasının, Respublika Elmi Tədqiqatların Əlaqələndirmə Şurasının, Azərbaycan Respublikası Narkomanlıga və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət  Komissiyasının, AMEA Yüksək Texnologiyalar Parkının Müşahidə Şurasının üzvü, AMEA Rəyasət Heyətinin nəzdində yaradılmış "Yalançı elmə qarşı mübarizə Komissiyası"nın sədridir.

Təltif və mükafatları 1. Kimya və kimya texnologiyası sahəsində SSRİ Lenin Komsomolu mükafatı laureatı-1983,

2. "Əməkdə fərqləndiyinə görə" medalı-1986,

3.“Azərbaycan Respublikasının Əməkdar müəllimi”-2000;

4.AMEA Rəyasət Heyətinin və Azərbaycan Tibb Universitetinin Fəxri fərmanları-2010;

5. “Tərəqqi” medalı-2010; 

6. Müxtəlif təşkilatların diplomları, fəxri fərmanları və təşəkkürləri.

7. Beynəlxalq Sokrat Komitəsinin  “The Name in Science” mükafatına və  fəxri tituluna (2012), Avropa elm-sənaye konsorsiumunun (protokol № 29/04.06.2013) “Əmək və  biliklə” ordeninə  layiq bilinmişdir.

8. “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı - 2019

İş yeri və ünvanı Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti, AZ1001, Azərbaycan Respublikası, Bakı ş., İstiqlaliyyət küçəsi, 30,

AMEA akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Bakı ş., Az1143, H.Cavid pr.113

Vəzifəsi Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru
Xidməti tel. (+994 12) 4925710;

(+994 12) 5399382; 

Mobil tel .  
Ev tel.  
Faks (+994 12) 5108593,

(+994 12) 4921556

Elektron poçtu dtagiyev@rambler.ru