Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Geologiya və Geofizika İnstitutunun fəlsəfə doktorları

Abbasov Orxan Rafael oğlu

 

Veb-sayt      
Anadan olduğu yer Astara, Azərbaycan Respublikası
Təvəllüdü 1980 
Bitirdiyi ali təhsil müəssisəsi Azərbaycan Dövlət Neft Akademiyası 
Elmi dərəcəsi Geologiya-mineralogiya üzrə fəlsəfə doktoru 
Elmi rütbəsi  
Namizədlik (PhD) dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun ad

 


25.00.12

Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı

Qobustanın paleogen-miosen çöküntülərində yanar şistlərin paylanma qanunauyğunluqları
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

-         xaricdə çıxmış elmi əsərlərinin sayı

-         beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı

76

 

38

 

22

Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı
Kadr hazırlığı:     

-       fəlsəfə doktorlarının sayı

 
Əsas elmi nailiyyətləri

Dünyada  alternativ yanacaq-enerji resursları kimi geniş istifadə olunan (45 növ yanacaq, tibbi, tikinti, kənd təsərrüfatı, kosmetik və s. məhsul alınır) yanar şistlərin Azərbaycanda  tədqiqi ilə əlaqədar:

- İri miqyaslı aerofotomaterialların deşifrəsi və alınan məlumatların regional tədqiqat işləri ilə yoxlanılması nəticəsində məlum olmuşdur ki, Azərbaycanın yanar şist yataq və təzahürləri başlıca olaraq sinklinallarda, muldalarda və qismən antiklinalların qanadlarında yerləşmişlər;

-        Azərbaycanda yanar şistlərin daha çox inkişaf tapdığı Qobustanın yataq və təzаhürlərinin struktur-tektonik xüsusiyyətləri araşdırılmış və müəyyən edilmişdir ki, məkanca onlar tədqiqat ərazisinin mərkəz hissəsində, paravtoxtonun Bayanata mikrobloku sahəsində yerləşmişlər;

-        Azərbaycanın yanar şistlərinin ətraflı geokimyəvi tədqiqi ilə onlаrın tərkibindəki üzvi mаddənin (kеrоgеn), kükürdün və külün miqdаrı öyrənilmiş, yanma və piroliz prosesləri təhlil edilmiş və yеni məlumаtlаr аlınmışdır;

-        Yanar şist təzahürlərinin qеyri-ənənəvi (alternativ) yanacaq-enerji resursları baxımından yeni perspektivli sahələri ayrılmış və eosen-miosen yaşlı təzahür və yataqların proqnoz ehtiyatları hesablanmışdır;

- ilk dəfə olaraq 1:1 000 000 miqyasında Azərbaycanın yanar şistlərinin və təbii bitumlarının proqnoz resursları  xəritəsi tərtib edilmişdir;

- ilk dəfə olaraq palçıq vulkanlarının 6-8 km və daha böyük dərinliklərdən Yer səthinə çıxartdığı eosen-miosen yaşlı yanar şistli və neftli süxurlar geoloji-geokimyəvi tədqiq olunmuş, onların karbohidrogenlərin generasiyası və stratiqrafik dərinlik üzrə paylanması ilə əlaqəli elmi nəticələr əldə edilmişdir;

 - Azərbaycan üçün qeyri-ənənəvi sayılan “şist qazı”nın istismarı ilə əlaqədar mümkün  perspektivli sahələr təklif edilmişdir.
Elmi əsərlərinin adları
  1. Abbasov O.R. Oil Shale of Azerbaijan: Geology, Geochemistry and Probable Reserves. IJRSSET - International Journal of Research Studies in Science, Engineering and Technology, 2015, Volume 2, Issue 10, pp. 31-37.
  2. Abbasov O.R. Organic compounds in ejected rocks of mud volcanoes as geological and geochemical indicators of source rock: a study of oil shale in Shamakhi-Gobustan region (Azerbaijan). International Journal of Current Advanced Research, Volume 5, Issue 7, 2016, pp. 1042-1046.
  3. Abbasov O.R. Geological and geochemical properties of oil shale in Azerbaijan and petroleum potential of deep-seated Eocene-Miocene deposits. European Journal of Natural History, №2, 2016, pp. 31-40.
  4. Abbasov O.R. Distribution regularities of oil shale in Azerbaijan. ISJ Theoretical & Applied Science, Philadelphia, USA, 2016, Volume 35, Issue 3, pp. 165-171.
  5. Аббасов О.Р., Мамедова А.Н., Гусейнов А.Р., Балогланов Э.Э.Некоторые новые данные геохимических исследований горючих сланцев Азербайджана. Геология, геофизика и разработка нефтяных и газовых месторождений,  Москва, 2. 2013, c. 32-35.
  6. Аббасов О.Р., Бабаев Ф.Р., Мамедова А.Н., Гусейнов А.Р. Изучение битумов Азербайджана. Актуальные проблемы гуманитарных и естественных наук, Москва, 2013, №07(54), с. 40-42.
  7. Бабаев Ф.Р., Аббасов О.Р. Мамедова А.Н., Гусейнов А.Р. Горючие сланцы и битумы Азербайджана (геохимия и перспективы их использования) Посвящается Памяти профессора, доктора технических наук Геннадия Васильевича. Материалы международного семинара, Ухта, 8-9 февраля 2013, с. 41-45.
  8. Abbasov O.R. Геолого-геохимические особенности горючих сланцев Гобустана (Азербайджан) и их прогнозные запасы. Вестник Атырауского Института нефти и газа, Казахстан, 2008, №2 (14), с. 22-29.
  9. İbadzadə A.C. Abbasov O.R. Qobustanın yanar şistlərinin geokimyası və piroliz məhsullarının tətbiq sahələri. AMEA Geologiya İnstitutunun əsərləri, Bakı, 2008, № 36, s.58-67.
  10. Abbasov O.R. Qobustanın yanar şist yataq və təzahürlərinin proqnoz ehtiyatları. Azərbaycan Neft Təsərrüfatı jurnalı, Bakı, 2010, №5, s. 59-62.
  11. Abbasov O.R., Məmmədova A.N. Azərbaycanda yanar şistlərə dair təsəvvürlərin təkamül dövrləri və onların mənimsənilməsinin praktiki əhəmiyyəti. AMEA Xəbərlər, yer elmləri,  Bakı, 2012, №3, s. 12-16.
  12. Matthieu Dupuis, Francis Odonne, Patrice Imbert, Orxan Abbasov, Teymur Figarov, Anthony Dofal, Bruno Vendeville. The Ayaz-Akhtarma mud volcano: an actively growing mud pie in the foothills of the Greater Caucasus, Azerbaijan. 13th International Conference onGas in Marine Sediments, Tromsø, Norway, 2016, 19-22 September.
  13. Балогланов Э.Э., Аббасов О.Р., Ахундов Р.В. Газогидрохимические показатели связи грязевого вулканизма с сейсмичностью. XXIII Международная научная конференция студентов, аспирантов и молодых учёных «Ломоносов-2016», Москва, 11-15 апрель, 2016.
  14. Аббасов О.Р., Ибадзаде А.Д., Хасаева А.Б., Гусейнов А.Р., Ахундов Р.В., Балогланов Э.Э. Углеводородный потенциал глубокопогруженных отложений Гобустана (Азербайджан) (на основе горючих сланцев и нефтеносных пород, выбросов грязевых вулканов). XIV международная конференция «Ресурсовоспро-изводящие, мало-отходные и природоохранные технологии освоения недр», Москва, 2015, с. 342-343.
  15. Əliyev Ad.A., Əliyev Ç.S., Feyzullayev Ə.Ə., Hüseynov D.A., İsayeva M.İ., QədirovF.Ə., Quliyev İ.S., Lətifova Y.N., Muxtarov A.Ş., Novruzov N.Ə., O.R. Abbasov. “Azərbaycanın geologiyası”, II cild (monoqrafiya). “Elm”, 2015, 341 s.
  16. Əliyev Ad.A., Bayramov Ə.Ə., Abbasov O.R., Məmmədova A.N. Azərbaycanın yanar şist və təbii bitum ehtiyatları xəritəsi. Azərbaycan Respublikasının Milli Atlası, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, 2014, s. 101.
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü 

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) üzvü

AMEA-nın “Gənc tədqiqatçı” elmi-praktiki jurnalının Redaksiya heyətinin üzvü

İnstitutda fəaliyyət göstərən  Elmi Şuranın və “Neft və qaz geologiyası və geokimyası” seksiyasının üzvü
Pedaqoji fəaliyyəti  
Digər fəaliyyəti 

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri

AMEA-nın GAMŞ-nın sədrinin baş müşaviri

Təltif və mükafatları
  1. Əsrin müqaviləsi”nin imzalanmasının 20 illiyi münasibətilə AMEA-nın gənc alimləri arasında keçirilmiş elmi-tədqiqat müsabiqəsi (2015-ci il)
  2. Uzunmüddətli məhsuldar elmi-ictimai fəaliyyətinə görə AMEA-nın Yer Elmləri Bölməsinin Fəxri  Fərmanı
  3. SOCAR-ın Elm Fondunun 2013-cü ildə və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 2015-ci ildə  keçirdiyi elmi-tədqiqat layıhələri ilə bağlı qrant müsabiqələrinin qalibi 
Əsas iş yeri və ünvanı

AMEA Geologiya və Geofizika İnstitutu, AZ1073,  Azərbaycan Respublikası, Bakı ş., H.Cavid pr., 119

Vəzifəsi Aparıcı elmi işçi 
Xidməti tel. (+994 12) 5100141 
Mobil tel.

(+994 51) 7609090

(+994 55) 7609090

(+994 70) 7609090
Ev tel.  
Faks  
Elektron poçtu ortal80@bk.ru