Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Naxçıvan Bölməsinin institut və təşkilatları

Təbii Ehtiyatlar İnstitutu

 

Ünvan AZ7000, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 35 
Tel. (+994 36) 5446980 
Faks  
Elektron poçtu tofig_aliyev@yahoo.com
Direktor

Əliyev Tofiq Abbasəli oğlu

Direktor müavinləri

Rzayev Bayram Zülfüqar oğlu

Kimya elmləri doktoru

Xidmət tel: (+994 36) 5446981

Mobil tel: (+994 70) 9735549

Xəlilov İlyas Ədalət oğlu

Xidmət tel: (+994 36) 5446997 

Elmi katib

Əhməd Məmməd oğlu Qarayev

Kimya üzrə fəlsəfə doktoru, dosent

Xidmət tel: (+994 36) 5446982

Mobil tel: (+994 55) 9145454

Elektron poçtu: ahmedgaraev@mail.ru

Yaranma tarixi  07.08.2002 
Əsas fəaliyyət istiqamətləri Naxçıvan Muxtar Respublika ərazisindəki təbii sərvətlərin geoloji, kimyəvi, fiziki tədqiqi, hidroloji və landşaft şəraitinin öyrənilməsi, seysmoloji tədqiqatlar, social-iqtisadi infrastrukturlarının yerləşmə qanunauyğunliqlarının araşdırılması. Təbii sərvətlərin axtarışının və kompleks emalının elmi, iqtisadi əsaslarının işlənib hazırlanması, regionun coğrafi şəraitinin və potensial enerji mənbələrinin öyrənilməsi.
Əsas elmi nəticələr

Yerli xammal əsasında qurğuşun konsentratını H2O2 ilə oksidləşdirməklə alınan PbSO4 qatı NaCI məhlulu ilə həll edilərək 98,5% çıxımla məhlula keçirilmiş, alınan PbSO4∙NaCI kompleksi NaBH4-lə reduksiya edilməklə 98,66% çıxımla 98,9 təmizlik dərəcəli metal qurğuşun alınmışdır. Su və reaksiyalarda Ag3AsS3 və AgAsS2 tərkibli birləşmələr alınmış, RFA metodu ilə bu birləşmələrin fərdiliyi təsdiq edilmiş, DTA ilə birləşmələrinin ərimə temperaturları (4950C və 4270C) müəyyən edilmişdir Darıdağ arsen və sürmə filizlərinin kimyəvi və termoqrafik analizləri aparılmış, filizdə arsen və sürmə sulfidlərin miqdarının 50%-dən yuxarı olduğu müəyyən edimişdir. Arsen və sürmə filizlərinin müxtəlif qatılıqlı natrium sulfid nə natrium hidroksid məhlulunda həllolması zamanı müəyyən olmuşdur ki, hissəciklərin ölçüsü 0,12-0,105 mm, filizdəki sulfidlərin natrim sulfidə nisbəti 1:2, temperatur 353-363 K, bərkin mayeyə nisbəti 1:6-8, prosesin aparlma müddəti20-25 dəqiqə olduqda arsen sulfidin həlloması 95,5%, sürmə sufidin həllolması isə 97,5% olur. In2Se3 birləşməsinin alınma şəraiti öyrənilmiş, birləşmənin fiziki-kimyəvi parametrləri müəyyənləşdirilmişdir. VP-1P, AN-1 anionitləri və qalay oksihidratla molibdat ionlarının sorbsiyası, tributilfosfatla isə ekstraksiya şəraiti, KU-2x8 kationiti, Mg və Ca-un fosfatları ilə mis, sink və qurğuşun ionlarının sorbsiyası öyrənilmiş, proseslərin tarazlıq, kinetik və termodinamik parametrləri hesablanmış, sorbsiya izotermlərini ödəyən hesablama tənlikləri təklif edilmişdir. Üzvi ionitlərlə dinamik çıxış əyrilərinin Q. Yelkinin təklif etdiyi və asimptotik tənliklə adekvat yazılmasının mümkünlüyü müəyyən edilmiş, kafi nəticələr alınmışdır.

Yeni təbii alümosilikat sistemlər təklif olunmuş kaolinit-antiqorit, kaolinit-dolomit, kaolinit-antiqorit-obsidian, qalluazit-dolomit, qalluazit-obsidian, qalluazit-antiqorit və s., onlar əsasında Mg-tərkibli susuz alümosilikatlar, praktiki əhəmiyyətli Na,Mg-forma seolitlər–fojazit, şabazit, mordenit, offretit, ferrerit, A, dakiardit sintez olunmuşdur.. Ilk dəfə olaraq kaolinit-antiqorit sistemində bərk faza reaksiyasından alınmış Mg-alümosilikatdan Na,Mg-forma amisit seoliti, kaolinit-dolomit sistemində Ca-skapolit və metakaolindən nadir seolit NaF sintez olunmuşdur.PbS nazik təbəqəsi üçün spektroskopik ellipsometriya ölçmələrinə əsasən kompleks dielektrik funksiyasının həqiqi və xəyali hissələri üçün alınmış asılılıqlardan E-bohran enerji qiymətləri “Graphical analysis” proqramı ilə təyin edilmişdir. Kimyəvi çökdürmə yolu ilə alınmış CdS nazik təbəqəsinin elektrolit məhlulundan ion mübadiləsi yolu ilə CdTe-a transformasiyası.Ellipsometrik ölçmələrdən PbS nazik təbəqəsinin kritik nöqtələrinin təyin edilmisdirir. Transformasiya prosesi nəticəsində alınmış CdS/CdTe heterokeçidində CdTe təbəqəsini EDTA (Trilon B) vasitəsilə qismən və bütünlüklə çevirməklə və alınmış Te təbəqəsini NaBH4-də həll etməklə heterokeçidə uyğun olaraq CdTe və CdS komponentlərinin qalınlıqlarının tənzimlənməsi məsələsi araşdırılmış və öz müsbət həllini tapmışdır Araşdırmalara Culfa və Şahbuz rayonlarında günəş və külək enerjilərinin araşdırılması davam etdirilmiş, bu rayonlarında quraşdırılacaq günəş və külək enerji qurğularının yerlərinin müəyyənləşdirilməsi işləri aparılmışdır. Araşdırmalara əsasən Şahbuz və Culfa rayonlarının hər birinin fərqli mikro iqlimə malik olduğu müəyyən edilmiş və bu rayonlarda yarana biləcək ekoloji problemlərin həlli məsələləri öyrənilmişdir. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı amilləri araşdırılmış, əmək ehtiyatlarından düzgün istifadə edilməklə əhalinin maddi təminat potensialının artırılması yolları təhlil edilmişdir. Muxtar respublikada iqtisadiyyatın sahə strukturunda yer alan istiqamətlərin davamlı inkişafı burada stimullaşdırıcı mexanizmlərin işlək vəziyyətə gətirilməsi nəticəsində mümkün olmuşdur. Əsasən ucqar dağ kəndlərində infrastruktur potensialının gücləndirilməsi, məhsul istehsalçılarına texniki və maliyyə yardımlarının intensiv hal alması. məhsul və vaxt itkisini önləyə biləcək tədbirlərin vaxtında həyata keçirilməsi və s. kimi tədbirlər iqtisadi inkişafa əhəmiyyətli dəstək olmaqla yanaşı, həm də iqtisadiyyatda səmərəli məşğulluq səviyyəsinin yüksəlməsinə də təkan olmuşdur. Babək rayonu üzrə öyrənilən su mənbələrinin fiziki-kimyəvi xüsusiyyətlərinin müqayisəli analizi nəticəsində hündürlükdən asılı olaraq sulardakı mineral komponentlərin miqdarları arasında korrelyasiya aşkarlanmışdır.

İşçilərinin ümumi sayı 53
Struktur bölmələri

Mineral xammalın kimyası və texnologiyası laboratoriyası

Sorbsiya  prosesləri laboratoriyası

Fiziki tədqiqatlar laboratoriyası

Hidrogeologiya və mineral sular laboratoriyası

Geoekologiya və seysmologiya laboratoriyası

Seysmoloji xidmət şöbəsi

Coğrafiya şöbəsi

İqtisadiyyat şöbəsi

Elmi şura

-       sədr

-       katib

-       üzvləri

 

Əliyev Tofiq Abbasəli oğlu

Qarayev Əhməd Məmməd oğlu

Rzayev Bayram Zülfüqar oğlu

Hüseynəliyev Məmməd Hüseynəli oğlu

Hüseynov Qorxmaz Mansur oğlu

Məmmədova Günel Aslan qızı

Məmmədova Fizzə Sadıx qızı

İbrahimov Eltun Yulət oğlu

Gənc alimlər və mütəxəssislər şurası

-       sədr

-       katib

-       üzvləri
 

Dissertasiya şurası

-       sədr

-       sədr müavini

-       elmi katib

-       üzvləri
 

Həmkarlar təşkilatı

-         sədr

-         sədr müavini

-         katib

-         büro üzvləri
 
İctimaiyyətlə əlaqələrə məsul şəxs  
Elmlər doktorları
Fəlsəfə doktorları