Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Naxçıvan Bölməsinin institut və təşkilatları

Mərkəzi Elmi Kitabxana
Tel. (+994 36) 5446994 
Faks  
Elektron poçtu

ameanb.kitabxana@list.ru

Struktur bölmənin rəhbəri

Sahab Sadiq qızı Əliyeva

sahibaaliyeva89@gmail.com
İşçilərin ümumi sayı 10
Yaranma tarixi AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanasının əsası 1972-ci ildə Azərbaycan SSR EA-nın Mərkəzi Elmi Kitabxanasının filialı kimi Naxçıvan Regional Elmi Mərkəzinin nəzdində qoyulmuşdur. 2002-ci ildən ümummilli lider Heydər Əliyevin 7 avqust tarixli sərəncamı ilə yaradılan AMEA Naxçıvan Bölməsinin tərkibində sərbəst elmi kitabxana kimi fəaliyyətini davam etdirir. 2013-cü il sentyabr ayının 4-də kitabxana Elektron Kitabxana statusu alaraq fəaliyyətini bu istiqamətdə aparmağa başlamışdır. Kitabxana universal xarakterli elmi kitabxana olaraq fondları elmi-texniki, ictimai-siyasi və ədəbi-bədii ədəbiyyatlarla komplektləşdirilmişdir. Kitabxana əsasən müxtəlif elmi müəssisələrdə çalışan alimlərə, elmi işçilərə, universitet müəllim və tələbələrinə, xalq təsərrüfatının müxtəlif sahələrində çalışan mütəxəssislərə xidmət göstərir.
Əsas fəaliyyət istiqamətləri 

Oxuculara xidmət:

Elektron oxu zalında internet vasitəsi ilə

Müxtəlif çap məhsullarını əhatə edən fondlar vasitəsi ilə

Elektron və ənənəvi kataloq-kartoteka sistemi vasitəsi ilə

Müxtəlif mövzuları əhatə edən və yeni kitablardan təşkil olunmuş sərgilərin vasitəsi ilə

Kitabxana fondlarının komplektləşdirilməsi:

Abunə yolu ilə alınmış qəzet və jurnallar

Pul köçürmə yolu ilə alınmış müxtəlif kitablar vasitəsi ilə

Müəlliflər tərəfindən hədiyyə edilmiş kitablar vasitəsi ilə

Müxtəlif şəxslərin fərdi kitabxanalarından hədiyyə edilmiş ədəbiyyatlar vasitəsi ilə

Müxtəlif müəssisə və təşkilatların hədiyyə etdiyi kitablar vasitəsi ilə

Məlumat- biblioqrafiya işləri:

Soraq-biblioqrafiya işlərinin təşkili və aparılması

Məlumat-biblioqrafiya işlərinin təşkili və aparılması
Fondlar

Kitab fondlarının həcmi- 40007

Jurnal fondunun həcmi- 19503

Avtoreferat fondunun həcmi- 7866

Dissertasiya fondunun həcmi-106

Elektron kataloqlaşdırılmış kitablar- 37093

Elektron kartotekaya yazılmış qəzet və jurnal məqalələri-19376

Elektron kataloqlaşdırılmış avtoreferatlar-7866

Elektron kataloqlaşdırılmış dissertasiyalar-106

Skaner olunmuş kitablar-1811