Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Naxçıvan Bölməsinin institut və təşkilatları

Seysmoloji Xidmət Mərkəzi
Ünvan AZ7000 Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 35.
Tel.

(+994 36) 446983

Mobil tel: 050-865-65-88
Faks  
Elektron poçtu

ilkin.velibeyov@gmail.com 

Struktur bölmənin rəhbəri Vəlibəyov İlkin Mehman oğlu 
İşçilərin ümumi sayı

Yaranma tarixi

Seysmoloji Xidmət Mərkəzi AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun nəzdində 2004-cü ildə yaradılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun muxtar respublikada seysmologiya sahəsinin inkişafına göstərdiyi qayğı nəticəsində 2016-cı ilin avqust ayının 31-də mərkəz zəruri müasir avadanlıqlar və proqram təminatı ilə təchiz olunub. Dünyanın ən aparıcı dövlətlərində istifadə edilən bu avadanlıq və cihazlar, seysmik məlumatları qəbul edən emal prosesini həyata keçirmək üçün kompüterlərdən, monitorlardan, yaddaş və sistemin enerji dayanıqlığını təmin edən qurğulardan ibarətdir. 
Əsas fəaliyyət istiqamətləri 

1.Naxçıvan Muxtar Respublikası ərazisində seysmoloji dəyişiklikləri qeydə almaq, emal etmək və aidiyyəti üzrə məlumatı vermək

2. Naxçıvan Muxtar Respublikasının seysmik cəhətdən aktiv sahələrini öyrənmək, baş vermiş zəlzələlərin kinematik və dinamik parametrlərini təhlil etmək və telemetrik stansiyaların məlumatları əsasında zəlzələ katoloqlarının hazırlanmasından ibarətdir.  

Əsas elmi nəticələri 2016-2019-cu illər ərzində Naxçıvan ərazsində baş vermiş zəlzələlərin episentrlər xəritəsi və həmsərhəd ərazilərdə baş vermiş zəlzələlərin sayının və ayrılan seysmik enerjinin aylar üzrə paylanması histoqramı qurulmuşdur. Yerli, yaxın və uzaq zəlzələlərin qeydiyyatı aparılmış vəzəlzələlərin ocaq parametrləri elektron formada hazırlanmışdır.