Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Mərkəzi Elmi Kitabxananın struktur bölmələri

Biblioqrafiya şöbəsi
Tel.  
Faks  
Elektron poçtu  
Struktur bölmənin rəhbəri

Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova

İşçilərin ümumi sayı  
Əsas fəaliyyət istiqamətləri 

1923-cü ildə təşkil olunmuş “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti”nin nəzdində 1924-cü ildə “Biblioqrafiya bürosu” kimi fəaliyyətə başlayıb. 1923-cü ildən həmin cəmiyyətin nəzdində yaranan Elmi Kitabxananın 1925-ci ildə “Elmi-məlumat şöbəsi” yaradılıb. 1959-cu ildə “Məlumat-biblioqrafiya”, 1967-ci ildə “Elmi biblioqrafiya”, 1973-cü ildə “Elmi-texniki informasiya”, 2003-cü ildə “Biblioqrafiya şöbəsi” adı altında fəaliyyət göstərən şöbə 2015-2020-ci illərdə “Kitabxana-xidmət şöbəsi”nin tərkibində “Biblioqrafik sorğular bölməsi”, 2020-ci ildə isə kitabxanada baş verən struktur dəyişikliyinə əsasən yenidən “Biblioqrafiya şöbəsi” adlandırılıb. Şöbənin əsas vəzifələri tematik mövzularda elmi biblioqrafik göstəricilərin, “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından şəxsi biblioqrafiyaların tərtibi, biblioqrafik arayışların yerinə yetirilməsi və elmi biblioqrafik informasiya xidmətindən ibarətdir.

Habelə, diyarşünaslıq və ümumi xarakterli - elmi-köməkçi, tövsiyə, elektron biblioqrafik vəsaitlər də tərtib edir. Elektron və ənənəvi kataloq və kartoteka sistemi ilə biblioqrafik  xidmət göstərir, oxucuları məlumat-biblioqrafiya bilikləri ilə maarifləndirir. AMEA institut kitabxanalarına və MEK-in ayrı-ayrı şöbələrinə də biblioqrafik xidmət göstərir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən cari ildə keçiriləcək dövlət əhəmiyyətli tarixi günlər və ya məşhur şəxsiyyətlərin yubileyləri ilə əlaqədar diyarşünaslıq xarakterli biblioqrafik vəsaitləri tərtib və nəşr etdirir. Kitabxanada müxtəlif məzmunlu sərgilərin təşkilində yaranan biblioqrafik sorğuları yerinə yetirir.

Ali dövlət orqanlarını, müəssisə və təşkilatları, ayrı-ayrı oxucu qruplarını şöbəyə daxil olan yazılı və şifahi arayışlarla təmin edir.