Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Demoqrafiya və əhali coğrafiyası

Demoqrafiya və əhali coğrafiyası
Tel. (+994 12) 5393361  
Faks  
Elektron poçtu  
Struktur bölmənin rəhbəri  
İşçilərin ümumi sayı 10 
Əsas fəaliyyət istiqamətləri  Azərbaycanda əhalinin ümumi demoqrafik və geodemoqrafik inkişafı (təbii artımı, miqrasiyası, sayının dinamikası və s.), əhalinin məskunlaşma xüsusiyyəti və tendensiyasının müəyyənləşdirilməsi, yüksəklik qurşaqları üzrə yerləşməsinin tədqiqat işləri aparılır. Əhalinin səmərəli ərazi təşkili istiqamətləri araşdırılıb müəyyənləşdirilir. 
Əsas elmi nəticələri

Tədqiqatlar nəticəsində əhalinin formalaşma və inkişaf qanunauyğunluqları öyrənilmiş, geodemoqrafik inkişafın regional xüsusiyyətləri müəyyənləşdirilmişdir. Əhalinin formalaşma mənbələri olan təbii və mexaniki hərəkətin inkişafı sosial-iqtisadi inkişafla bağlı tədqiq edilmiş, onların qarşılıqlı əlaqəsi və asılılığı araşdırılmışdır. Əmək ehtiyatlarının istehsal sahələri üzrə bölgüsü, məşğulluğun səviyyəsi, həyat səviyyəsi və sosial şəraitin demoqrafik proseslərə təsiri öyrənilmişdir. Onun əsasında perspektiv demoqrafik inkişafın və onun regional tənzimlənməsinin iqtisadi-coğrafi yolları işlənib hazırlanmışdır.

Ən mühüm regional problemlərdən biri kimi Azərbaycanın iqtisadi-coğrafi reyonlarının kompleks tədqiqi işləri aparılmışdır. Hər bir iqtisadi-coğrafi rayonun mənimsənilmə, demoqrafik və məskunlaşma xüsusiyyətləri tədqiq edilmiş, təbii-coğrafi və sosial-iqtisadi şəraitin bu prosesə təsiri müəyyənləşdirilmişdir. Əhalinin yüksəklik qurşaqları üzrə yerləşməsi və məskunlaşması xüsusiyyəti öyrənilmiş və onun dinamikası aydınlaşdırılmışdır. Bu da əhalinin ölkə ərazisində səmərəli məskunlaşdırılması, xüsusən də dağlıqla-düzən, Abşeronla-kənd yerləri arasında yerləşməsinin tənzimlənməsi istiqamətlərinin müəyyənləşdirilməsinə imkan vermişdir. Əhalinin məskunlaşması xəritələri tərtib edilmişdir.