Əsas fəaliyyət istiqamətləri |
Rentqenfaza, İQ spektrometrik tədqiqatlar; 3300 C-dək qaynayan maye maddələrin xrom-kütlə -spektrometrik analizi; bərk sistemlərin ərimə temperaturunu təyin etməklə optik mikroskopiya; bərk maddələrin kimyəvi tərkibini və strukturunu təyin etməklə elektron mikroskopik analizi;maye və bərk maddələrin elektro-fiziki ölçmələri. Tədqiqat və nümunə hazırlama metodlarının işlənib hazırlanması. Yeni cihazların istismara buraxılması, institutda olan cihazların təmiri və sazlanması. Avtoklavda və laboratoriyalarda yerləşən qurğuların tənzimlənmə və işə salınma işləri. |