Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Torpaqların genezisi, coğrafiyası və kartoqrafiyası laboratoriyası

Torpaqların genezisi, coğrafiyası və kartoqrafiyası laboratoriyası
Tel. (+994 12) 5386974
Faks  
Elektron poçtu maharram-babayev@rambler.ru
Struktur bölmənin rəhbəri Akademik Məhərrəm Pirverdi oğlu Babayev 
İşçilərin ümumi sayı 19
Əsas fəaliyyət istiqamətləri  Respublika torpaqlarının genezisi, müasir nomenk­laturası və kartoqrafiyası, təsnifatı, suvarılan torpaqlara antropogen təsirin nəzəri əsasları və torpaqların deqradasiyası. 
Əsas elmi nəticələri Antropogen dəyişilmiş torpaqların sistematikası və nomenklaturası dəqiqləşdirilmiş və ilk dəfə olaraq Azərbaycanın antropogen torpaqlarının beynəlxalq standartlara uyğun təsnifatı verilmişdir.Çox­illik dəqiq torpaq tədqiqatlarının nəticəsi olaraq Azərbaycanın Torpaq Xəritəsi (M 1:500000, 1957), Azərbaycanın Dövlət Torpaq xəritəsi (M 1:100000, 1997) tərtib edilmişdir. Laboratoriyanın əməkdaşları SSRİ Dövlət Torpaq Xəritəsinin Qafqaz vərəqinin tərtibində iştirak etmişdir. Respublikanın torpaqları haqqında bir çox monoqra­fiyalar çap olunmuşdur. Onlardan «Azərbaycan torpaqları», «Kiçik və Böyük Qafqazın torpaqları», «Lənkəran torpaqları», «Qonur torpaqəmələgəlmə prosesi», «Araz sahili zonasının torpaqları», «Kür-Araz ovalığının suvarılan torpaqları» və s. Hazırda Azərbaycan torpaq örtüyünün biomüx­təlif­liyinin öyrənilməsi, qorunması və bərpası problemi çərçivəsində respublika torpaqlarının müasir nomenk­laturası, təsnifatı, torpaq deqradasiyası və bərpası, antropogen torpaqəmələgəlmə prosesinin elmi və təcrübi əsasları üzrə dəqiq tədqiqatlar aparılır. «Azər­baycan torpaq təsnifatının WRB sistemi ilə korrel­yasiyası», “Azərbaycan torpaqlarının müasir təsnifatı”, «Azərbaycan torpaq xəritəsinin legendası» (M 1:100000), «Azərbaycanda torpaq islahatına uyğun xırda təsərrüfatların torpaq tədqiqatları», “Tərəvəz altına yararlı suvarılan torpaqların bioloji aktivliyinin qiymətləndirilməsi” və «Torpaq deqra­dasiyası» suvarılan torpaqların münbitliyini bərpası və qorunub saxlanılması metodik tövsiyələri çap olunub. «Azərbay­canın torpaq və aqrokimyəvi xəritələr Atlası», «Respublika torpaqlarının morfogenetik profilləri» adlı monoqrafiyası çapa hazırlanıb. Respublikanın beynəlxalq standartlara uyğun müasir torpaq təsnifatı və diaqnostikası hazırlanıb. Azərbaycanın torpaq ehtiyatlarının coğrafiya-informasiya bazası yaradılmışdır.