Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Astronomik cihazlar və innovativ texnologiyalar

Astronomik cihazlar və innovativ texnologiyalar
Tel. (+994 50) 9614618
Faks  
Elektron poçtu i.alekberov@mail.ru
Struktur bölmənin rəhbəri İlqar Ələkbər oğlu Ələkbərov 
İşçilərin ümumi sayı 10
Əsas fəaliyyət istiqamətləri  ŞAR-ın 2 metrlik və başqa teleskopların müşahidələrə hazırlanması, teleskopların təmiri və profilaktik işlərin aparılması, astronomik cihazların hazırlanması və tədqiqi, maye azotun alınması, müşahidələrdə iştirak, yeni avadanlıqları mənimsəmək və işlətmək. 
Əsas elmi nəticələri 2-m teleskopun: -Kasseqren fokusu üçün ayırdetmələri, R=25000, R=44000 olan universal Kasseqren – Eşelle spektroqraflı, yüksək və ifrart yüksək ayırdetməli R=120000, R=140000, R=165000, R=200000, R=330000 və R=400000 olan yeni Kude- Eşelle spektroqrafı işlənib hazırlanıb. Seyss-600 teleskopu üçün 17ʹ faydalı görüş sahəsinə malik Fotometr-polyarimetr hazırlanmış və tədqiq edilmişdir.

Çexiya Respublikasının “ProjectSoft” firması tərəfindən 2-metrlik teleskop modernləşdirilmiş və avtomatlaşdırılmışdir.

2 metrlik, AZT-8, Seyss-600 teleskoplarının güzgüləri sökülmüş, alüminiumlaşdırmadan sonra yerinə quraşdırılmışdır.

2-metrlik teleskopda sinxron müşahidələrin aparılması üçün 30 sm-lik paralel linzalı teleskopda (Gid) 5-filtrli CCD fotometri quraşdırılmışdır.

Kasseqren fokusunda müşahidəni asanlaşdırmaq üçün Kasseqren Eşşele və Kanberra spektroqraflarına yarığının xəyalını monitora ötürmək üçün izləmə boruları obyektivlər əvəz olunmuş və həmin obyektivə Şelyak firmasının istehsalı olan WAT – 120N+ tipli xüsusi CCD quraşdırırılmışdır. 2-metrlik teleskopda spektral müşahidə zamanı obyektin (ulduz, qalaktika və s.) izlənmə prossesi bir başa müşahidə otağına ötürülmüşdür.

FLİ CCD-ni həm ayırdetmə qabiliyyəti 25000 olan Kasseqren Eşelle spektroqrafında, həm də Kanberra spektroqrafında işıq qəbuledicisi kimi istifadə etmək üçün xüsusi bağlayıcı və fokuslayıcı detallar düzələdilmiş, fokuslama işləri aparılmış və müşahidələrə tətbiq olunmuşdur.

2 metrlik teleskopun optik sistemlərinin yustirlənmə işləri: – ilk növbədə teleskop üçün alınmış ППС – 11 cihazını teleskopa bağlamaq üçün hazırlanmış qurğular yoxlanılmış, teleskopun Kasseqren və Kude fokusları üçün güzgülər , linzalar kristal optik şüşə xüsusi metodla yuyulub təmizlənmiş və Kasseqren və Kude fokusları üçün yustirləmə işləri görülmüşdür.

Seyss - 600 teleskopun güzgüləri yuyulmuş və ППС – 11 cihazının koməyi ilə yustirlənmə işləri aparılmışdır.

2-m teleskopun Kasseqren fokusundakı Kasseqren Eşşele spektroqrafı kiçik aperturaya və aşağı ayırdetməyə malik idi. Bu isə alınan ulduz spektrlərinin keyfiyyətinə təsir edir və həll olunan məsələlərdə beynəlxalq səviyyəyə çıxmağa imkan vermirdi. 2-metrlik teleskopun Kasseqren fokusu üçün optik lifli Eşelle spektroqrafın (Fibre optics Cassegrain Echelle Spectrograph) quraşdırılması başa çatdırılmış və müşahidələrinə başlanılmışdır.

Teleskopun kasseqren fokusunda səma cisimlərinin yüksək ayırdetməli (Δλ/λ=50 000) spektrlərini almağa imkan verir;

Spektroqraf tərpənməz və qapalı olduğuna görə instrumental sürüşmələr olmur və spektral parametrlərin ölçmə dəqiqliyi çox yüksək olur (məsələn şüa sürətlərində bir neçə 100 m/s);

Spektroqraf işıq qəbuledicisi kimi ölçüsü 4000 x 4000 piksel olan, maye azotla soyudulan böyük CCD kameranı istifadə etməyə və nəticədə spektrin çox geniş dalğa uzunluğu oblastını (λ9000-3600 Å) eyni zamanda -1 kadrda almağa imkan verir.

2-metrlik teleskopda spektral müşahidə zamanı obyektin (ulduz, qalaktika və s.) izlənmə prossesi avtomatlaşdırılıb və xəyal bir başa müşahidə otağına ötürülür.