Tel. | (+994 12) 5394113 | |
Faks | (+994 12) 5394113 | |
Elektron poçtu | imustafayev@mail.ru | |
Struktur bölmənin rəhbəri | AMEA-nın müxbir üzvü, professor Mustafayev İslam İsrafil oğlu | |
İşçilərin ümumi sayı | 14 | |
Əsas fəaliyyət istiqamətləri | Radiasiya-kimyəvi üsullarla ətraf mühit və enerji problemlərinin həlli | |
Əsas elmi nəticələri |
Neft və neft fraksiyalarının qamma, neytron-qamma və sürətlənmiş elektronların təsiri altında radiasiya-termiki çevrilmələrində yüksəkmolekullu olefinlərin və qazların yaranması prosesinə temperaturun, udulan dozanın və doza gücünün, habelə reaksiya qabının forma və materialının təsiri öyrənilmişdir. Neft qalıqları, neft-bitum süxurları və bərk üzvi yanacaqlardan hidrogenin və sintez qazın alınmasının kinetika və mexanizmi tədqiq olunmuş , parametrlərin optimal qiymətləri təyin olunmuşdur. Neftin yağ, qətran və asfalten fraksiyalarının radiasiya-kimyəvi çevrilmələri tədqiq olunmuş, bu fraksiyaların ətraf mühitdə deqradasiyasının qanunauyğunluqları öyrənilmişdir. Neftin politsiklik aromatik karbohidrogenlərinin ətraf mühit faktorlarının təsiri altında transformasiyası tədqiq olunmuşdur. Neftin nəqlində yaranan tullantıların və neftli suların radiasiya-termiki yolla zərərsizləşdirilməsi üsulları işlənilmişdir. Neft bitumlarından alınmış kompozit materialların radiasiya-kimyəvi çevrilmələri tədqiq olunmuş, onların radiasiya davamlılığının artırılması yolları göstərilmişdir. |