Tel. | (+994 50) 4959951,(+994 12) 5108592 | |
Faks | (+994 12) 5107442 | |
Elektron poçtu | laboratory_23@kqki.science.az | |
Struktur bölmənin rəhbəri |
Kimya üzrə fəlsəfə doktoru |
|
İşçilərin ümumi sayı | 14 | |
Əsas fəaliyyət istiqamətləri | Polad konstruksiyalarının korroziyadan mühafizəsi üçün bəzi d-elementlərinin karbidləri, silisidləri və nitridləri əsasında yeni kompozisiya örtük materiallarının alınması. | |
Əsas elmi nəticələri | Bir sıra konstruksiya poladları üzərində (Ст20, Ст410, Ст45, Ст50) termodiffuziya metodu ilə qaz fazasından Cr və Ti-nın karbidlərinin formalaşdırılmasının fiziki-kimyəvi parametirləri öyrənilmiş, alınmış karbid örtüklərinin korroziya-elektro-kimyəvi, fiziki-mexaniki xassələri tədqiq olunmuşdur. Göstərilən poladlar üzərində formalaşdırılmış örtüklərin fiziki-kimyəvi xarakteristikalarının tədqiqi nəticəsində məlum olmuşdur ki, onlar poladların korroziya sürətini bir neçə tərtib azaldır, poladlar aqressiv mineral turşularda, neytral mühitlərdə asanlıqla passivləşir və passiv oblastdakı cərəyan sıxlıqlarının qiyməti ilə poladların tərkibindəki karbonun miqdarı arasında xətti loqarifmik asılılığın mövcudluğu məyyənləşdirilmişdir. Termodiffuziya metodu ilə səthində karbid örtükləri olan poladlar sənayenin bir çox sahələrində, neft-kimya, neftqazçıxarmada, hərbi sənayedə və s. istifadə oluna bilər. |