Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Koherent-sinxronlaşdırılmış oksidləşmə reaksiyaları şöbəsi

Koherent-sinxronlaşdırılmış oksidləşmə reaksiyaları şöbəsi
Tel. (+994 12) 5394691
Faks (+994 12) 4924474  
Elektron poçtu laboratory_12@kqki.science.az
Struktur bölmənin rəhbəri Akademik Tofiq Murtuza oğlu Nağıyev 
İşçilərin ümumi sayı 32
Əsas fəaliyyət istiqamətləri  Heterogen biomimetik katalizatorlar iştirakında hidrogen peroksid və azot 1-oksid ilə  koherent-sinxronlaşdırılmış oksidləşmə reaksiyalarının fundamental əsaslarının inkişaf etdirilməsi  və innovasion işlənilmələrin tətbiqi. 
Əsas elmi nəticələri Yeni kimyəvi interferensiya konsepsiyasının yaranmasına təkan verən koherent-sinxronlaşdırılmış reaksiyalar nəzəriyyəsi yaradılmış və hidrogen peroksidlə qaz fazalı oksidləşmə reaksiyalarının eksperimental tədqiqi yolu ilə nəzəriyyənin tam adekvatlığı sübuta yetirilmişdir. Bununla bağlı mürəkkəb reaksiyaların yeni kinetik təhlil üsulu təklif edilmişdir. Molekulyar azotun hidrogen peroksidlə fiksasiyasının mexanizmi üzrə xaricdə aparılmış kvant-kimyəvi tədqiqatlar nəticəsində azot 1-oksidn alınması və dayanıqlı HOO–N=N–OOH intermediatının mövcudluğu nəzəri cəhətdən əsaslandırılmış və bu proses “Nağıyev Effekti” adlandırılmışdır. Monooksigenaz, peroksidaz və katalaz reaksiyalar sahəsində yeni – biomimetik kataliz elmi istiqamətinin əsasları inkişaf etdirilmiş və bu istiqamətin biotexnologiyada tətbiqi nəticəsində yeni biomimetik sensorlar işlənib hazırlanmışdır.