Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Kimyəvi və ekoloji proseslərin modelləşdirilməsi və texnologiyası şöbəsi

Kimyəvi və ekoloji proseslərin modelləşdirilməsi və texnologiyası şöbəsi
Tel. (+994 50) 3204028,
(+994 12) 5399363
Faks (+994 12) 5107442 
Elektron poçtu laboratory_14@kqki.science.az
Struktur bölmənin rəhbəri Qüdrət İsfəndiyar oğlu Kəlbəliyev

Texnika elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü 

İşçilərin ümumi sayı 53
Əsas fəaliyyət istiqamətləri  Kimyəvi proseslərin modelləşdirilməsi, qeyri-üzvi sistemlərdə fiziki-kimyəvi hadisələrin tədqiqi, zəhərli maddələrin zərərsizləşdirilməsi və kimya sənayesində əmələ  gələn  yan  məhsulların  emal  texnologiyasının  işlənib  hazırlanması. 
Əsas elmi nəticələri Nəzəri olaraq, dispers sistemlərdə müxtəlif hissəciklərin hidrodinamik qüvvələr təsiri altında birləşməsi, parçalanması, ayrılması və çökməsi proseslərinin mexanizminin təyin edilməsi və təcrübi cəhətdən təsdiqlənməsi, onların istilik və kütlə mübadiləsinə, sistemin reologiyasına və hidrodinamik axımına təsirinin təhlili və riyazi modelləşdirilməsi aparılmışdır. Qeyri-sabit istilik və kütlə mübadiləsi proseslərinin, o cümlədən neft emalı proseslərinin istilik sistemlərinin, neftayırmada neft emulsiyalarının ayrılma və təmizlənmə proseslərinin, tozvari material­ların dənəvərləşməsi, elektromaqnit sahələrdə cisimlərin qurudulması, çirkab suların təmizlənməsi və sair proseslərin təhlili, hesablanması, modelləşdirilməsi işlənib hazırlanmışdır.