Tel. | (+994 12) 5108592 | |
Faks | (+994 12) 5107442 | |
Elektron poçtu | laboratory8@kqki.science.az | |
Struktur bölmənin rəhbəri |
Kimya üzrə fəlsəfə doktoru |
|
İşçilərin ümumi sayı | 11 | |
Əsas fəaliyyət istiqamətləri | Müxtəlif metalların əmələ gətirdikləri kompleks birləşmələrin tədqiqi və onların təyini üçün səmərəli analiz üsullarının işlənib hazırlanması. | |
Əsas elmi nəticələri | Tədqiqat işləri tətbiqi xarakterlidir.
Hf(IV), V(V), Mo(VI) və W(VI)-nın xromogenüzvi reagentlərdən o-karboksi-benzolazopirokatexin, benzidin-bis-azopirokatexin kation səthi-aktiv maddələrdən setilpiridin, setil-trimetil ammonium xlorid, bis-setil-trimetil ammonium xlorid, ionsuz səthi-aktiv maddələrdən OP-10, DS-10 ilə müxtəlif-liqandlı kompleksləri tədqiq edilmiş və elementlərin təyininin yeni fotometrik üsul-ları işlənilmişdir. Mn(II), Co(II)-ın salisil turşusunun azotörəmələri və heterotsiklik diaminlərdən – 1,10-fenantrolin, batofenantrolin, 2,2΄-dipiridillə müxtəlifliqandlı kompleksləri tədqiq olunmuş və elementlərin təyininin yeni ekstraksiyalı-fotometrik üsulları işlənilmişdir. Fe(III), Hg(II), Au(III) ionlarının xlorid və bromid asidokomplekslərinin əsasi boyalardan fenosafrazo göyü, yanus göyü, yanus qırmızı R ilə ion assosiatları tədqiq edilmiş, elementlərin təyininin ekstraksiyalı-fotometrik üsulları işlənilmişdir. Ge və Sc-un p-tretbutilfenolun 4-azotörəmə¬ləri, Ge, V və Cu-un 1-(karboksibenzolazo)-naftol-2 və 1-(pikraminazo)-naftol-2 ilə eyniliqandlı kompleksləri tədqiq edilmiş və bu elementlərin təyininin yeni ekstraksiyalı-fotometrik və ekstraksiyalı-atom absorbsiya üsulları işlənmişdir. o-, m-, p-fenilendiamin, p-aminodifenilamin törəmələri, 4-amino- 4΄-metoksidifenilamin əsasında yeni üzvi analitik reagentlər sintez və tədqiq edilmişdir. |