Tel. | (+994 12) 5392560 | |
Faks | (+994 12) 5392826 | |
Elektron poçtu | lab2.3@isi.az | |
Struktur bölmənin rəhbəri | AMEA-nın müxbir üzvü Məlikov Аğası Zərbəli oğlu | |
İşçilərin ümumi sayı | ||
Əsas fəaliyyət istiqamətləri | Mürəkkəb strukturlu kütləvi xidmət və xidmət-ehtiyatlanma sistemlərinin riyazi modellərinin və onların analizi və optimallaşdırılması üsullarının yaradılması. | |
Əsas elmi nəticələri |
1.İdarə olunan prioritetləri olan çoxselli kütləvi xidmət sistemlərinin analizi və optimallaşdırılması üsulları yaradılmışdır; 2.Çoxölçülü Markov zəncirlərinin stasionar paylanmasının hesablanması üçün səmərəli üsullar yaradılmışdır; 3.Multixidmətli kommunikasiya şəbəkələrinin riyazi analizi üçün üsullar təklif edilmişdir; 4.Vəziyyətdən asılı olan sıçrayışlı prioritetlər daxil edilmiş və bu tip prioritetlərdən istifadə edildikdə kütləvi xidmət sistemlərinin analizi və optimallaşdırılması üsulları yaradılmışdır; 5.Çoxsürətli Erlang modellərin analizi üçün üsullar təklif edilmişdir; 6.Kütləvi xidmət-ehtiyatlanma sistemləri nəzəriyyəsinin əsasları yaradılmışdır. |