Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Mürəkkəb dinаmik sistemlərdə idаrəetmə üsulları laboratoriyası

Mürəkkəb dinаmik sistemlərdə idаrəetmə üsulları laboratoriyası
Tel. (+994 12) 5109372 
Faks (+994 12) 5392826 
Elektron poçtu lab2.4@isi.az 
Struktur bölmənin rəhbəri riyaziyyat elmləri doktoru, prof. Mənsimov Kamil Bayraməli oğlu
İşçilərin ümumi sayı  
Əsas fəaliyyət istiqamətləri  Bəzi toplanmış və paylanmış parametrli sadə və çoxmərhələli determinik və stoxastik optimal idarəetmə məsələlərinin keyfiyyət nəzəriyyəsinin tədqiqi
Əsas elmi nəticələri

1.Toplanmış və paylanmış parametrli optimal idarəetmə məsələlərində məxsusi idarələri tədqiq etmək və optimallıq üçün yüksək tərtib zəruri şərtlər almaq üçün yeni, universal üsul təklif olunmuşdur;

2.Dəyişən strukturlu toplanmış və paylanmış parametrli optimal idarəetmə məsələlərində optimallıq üçün birinci tərtib zəruri şərtlər alınmış və məxsusi idarələr tədqiq olunmuşdur;

3.Hamar olmayan optimal idarəetmə məsələlərində optimallıq üçün zəruri şərtlər alınmışdır;

4.Diskret iki parametrli optimal idarəetmə məsələlərində optimallıq üçün Krotov tipli kafi şərtlər tapılmış və yüksək tərtib zəruri şərtlər alınmışdır;

5.Lokal olmayan sərhəd şərtli optimal idarəetmə məsələlərində optimallıq üçün zəruri şərtlər çıxarılmışdır;

6.Volterra tipli müxtəlif inteqral tənliklərlə təsvir olunan optimal idarəetmə məsələlərində optimallıq üçün zəruri şərtlər isbat olunmuşdur;

7.Volterra tipli fərq tənliklər sistemi üçün optimal idarəetmə məsələsi qoyulmuş və optimallıq üçün zəruri şərtlər çıxarılmışdır;

8.Rosser tipli optimal idarə məsələlərində məxsusi idarələr tədqiq olunmuşdur;

9.Rosser tipli hibrid optimal idarəetmə məsələləri tədqiq olunmuşdur;

10.Kəsilməz-diskret optimal idarəetmə məsələlərində optimallıq üçün zəruri şərtlər isbat olunmuşdur;

11.Gecikməyə malik xətti bircins olmayan stoxastik İto tənliklər sisteminin Koşi matrisinin koməyi ilə həllinin göstərilişi tapılmışdır;

12.İto tənliklər sistemləri ilə təsvir olunan stoxastik optimal idarəetmə məsələlərində optimallıq üçün birinci və ikinci tərtib zəruri şərtlər tapılmışdır;

13.Xətti bircins olmayan ikinci tərtib hiperbolik tip stoxastik Qursa-Darbu tənliklər sisteminin həllinin göstərilişi Riman matrisinin köməyi ilə tapılmışdır;

14.Stoxastik Qursa-Darbu sistemləri ilə təsvir olunan optimal idarəetmə məsələlərində birinci və ikinci tərtib optimallıq şərtləri tapılmşdır.