Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Almazabənzər və çoxkomponentli birləşmələrin optik və transport xassələri

Almazabənzər və çoxkomponentli birləşmələrin optik və transport xassələri
Tel. (+994 12) 5395163
Faks  
Elektron poçtu abnadir@physics.ab.az
Struktur bölmənin rəhbəri Abdullayev Nadir Allahverdi oğlu

Fizika üzrə elmlər doktoru

İşçilərin ümumi sayı 15
Əsas fəaliyyət istiqamətləri  Laboratoriyanın əsas elmi istiqaməti energy spektrlərinin formalaşma xüsusiyyətlərinin müəyyənləşdirilməsi, xarici amillərin (temperatur, təzyiq, qamma və rentgen şüalanması, müxtəlif aşqarlar) elektron, fonon spektrlərinə təsiri və yükün daşınması hadisələrinin öyrənilməsindən ibarətdir.

Tədqiq olunan birləşmələrin dairəsi genişdir – laylı kristallar АIIIВVI (А-Ga,In, C-S,Sе,Te), АV2ВVI3 (А-Bi,Sb, C- Sе,Te), АIIIВIIIСVI2 (А-Tl, B-Ga,In, C-S,Se,Te) və s.,, tetraqonal quruluşda kristallaşan mürəkkəb almazabənzər birləşmələr АIIВIII2СVI4 (А-Сd,Zn, B-Ga,In, C-S,Se,Te), AIBIIIC2VI (А-Сu,Ag, B-Ga,In, C-S,Se,Te).

Əsas elmi nəticələri 1. Aşağıdakı göstərilən əsas elmi nəticələri alınıb:

a) CdGa2S4, CdGa2Se4, ZnGa2Se4 və onların əsasında bərk məhlullar sintez olunub yetışdirilmışdir. Rentgendifraktometrik tədqiqiatlar, Brüllien zonasının yüksək simmetrik nöqtələrində elektron hallarının nəzəri-qrup təhlili aparılmışdır;

b) Nəzəri-qrup təhlili və təcrübi nəticələr əsasında müəyyənləşdirilmişdir:

- Brüllüen zonasının yüksəksimmetrik nöqtələrində optik keçidlərin xüsusiyyəti;

- valent zonası maksimumunun strukturu və onun parametrləri – kristallik və spin-orbital parçalanması;

- valent zonasının formalaşmasına üçvalentli kationların p-hallarının verdiyi əlavə üstünlük təşkil edilməsi.

c) Udulma sərhədinin temperatur asılılığından Brüllien zonasının mərkəzində Г(000) valent zonasının maksimumu və keçirici zonasının minimumu üçün deformasiya potensialları hesablanmışdır.

2. Digər tədqiqat işləri tetraqonal birləşmələrin qəfəs dinamikasının tədqiqi ilə bağlıdır;

a) İnfraqırmızı əksolunma və işığın kombinasion səpilmə spektrləri tədqiq edilmişdir. Müşahidə olunmuş fonon tezlikləri simmetriya tiplərinə görə identifikasiya edilmişdir;

b) nəzəri-qrup metodu ilə elementar özəkdə atomların simmetriyalar üzrə hərəkəti qurulmuşdur; c) optik fononların və simmetriyalar üzrə elementar özəkdəki atomların hərəkətinin birgə təhlili nəticəsində fonon tezliklərinin konkret atomların hərəkəti ilə uyğunluğu müəyyən edilmişdir; d) güc sabitləri modeli çərçivəsində atomlararası rabitənin güc sabitləri hesablanmışdir. Kimyəvi rabitənin təbiəti müəyyən edilmişdir; e) CdGa2Se4-nin optik fononlarının temperatur asılılığından xy müstəvisində fonon-fonon qarşılıqlı təsirinin üstünlüyü müəyyən edilmişdir (optik və akustik fononların kəsişməsi). f) Optik fononların təzyiqdən asılılığından (0-20GPa) təzyiq əmsalları, Qrünayzen parametrləri, həcmi elastiklik modulu hesablanmışdır. g) Növbəti tədqiqatlar qeyri-taraz proseslərin (fotokeçiricilik, fotolüminessensiya və s.) tədqiqi və xarici amillərin təsiri ilə bağlıdır. Aparılan tədqiqatlar nəticəsində lokal halların spektriç onların parametrləriç generasiya-rekombinasiya prosesləri mexanizmi meəyyən edilmişdir.

3. Güclü anizotrop laylı АV2BVI3 və АIIIВVI kristalları və onların əsasında bərk məhlullarında geniş temperatur intervalında (1,2-300K) və maqnit sahələrində (0-8T) elektrik və qalvqnomaqnit hadisələr tədqiq edilmişdir. Müxtəlif kristalloqrafik istiqamətlərdə və temperatur oblastlarında yükün daşınma mexanizmləri, müxtəlif aşqarların keçiriciliyin tipinə, yükdaşıyıciların yürüklüyü və konsentrasiyasına təsiri müəyyən edilmişdir. Lokal mərkəzlərin xarakterik parametrləri (lokal mərkəzlərin sıxlığı, lokal mərkəzlərin konsentrasiyası və radiusu) hesablanmışdır.

Yuxarıda sadalanan nəticələr bərk cisimlər fizikasına dıəyərli töhvədir. Bu nəticələr yarımkeçiricilərdə baş verən fiziki proseslərin izahında, enerji spektrlərinin hesablanmasında (elektron, fonon), istilik proseslərinin izahında, termodinamik parametrlərin və s. Hesablanmasında mühüm əhəmiyyətə malikdir.

Elmi tədqiqatların nəticələri müxtəlif elmi jurnallarda 200-dən çox elmi işdə öz əksini tapıb. Dərc olunmuş elmi nəticələrə 291 sitat gətirilmişdir, onlardan 126-ı 2010—ildən sonrakılardır.