Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Yüksək şaxələnmiş polimerlər laboratoriyası

Yüksək şaxələnmiş polimerlər laboratoriyası
Tel. (+994 18) 6442531
Faks (+994 18) 6420400
Elektron poçtu ipoma@science.az
Struktur bölmənin rəhbəri Aslanova Elnarə Telman qızı

kimya üzrə fəlsəfə doktoru

İşçilərin ümumi sayı 8
Əsas fəaliyyət istiqamətləri  Laboratoriyanın elmi-tədqiqat işlərinin əsas istiqaməti epoksi- və sulfoimid tərkibli aromatik monomerlər və oliqomerlər əsasında yüksək şaxələnmiş polimerlərin və onların istifadəsi ilə perspektiv polimer materiallarının yaradılmasıdır.
Əsas elmi nəticələri Epoksid qatranları üçün amintərkibli bərkidicilərin sintezi sahəsində elmi-tədqiqat işləri aparılmış, dien- və olefin karbohidrogenlər əsasında amin tərkibli alifatik bərkidicilər alınmışdır. Sintez edilmiş aminlərin korroziya inhibitorları və antimikrob maddələr kimi  yararlı olmaları müəyyən edilmişdir. Həmçinin azottərkibli yüksək epoksid ədədinə malik epoksid qatranı və doymamış epoksid oliqomerləri alınmışdır. Yüksək temperatura (300-400ºC) və  radiasiyaya davamlı sulfotərkibli imidlər, poliefiroimidlər və poliamidoimidlər sintez edilmiş, eyni zamanda onların antipiren xassəyə malik olması aşkar edilmişdir.