Tel. | (+994 12) 5109523 | |
Faks | (+994 12) 5372285 | |
Elektron poçtu | ddd@gia.ab.az; | |
Struktur bölmənin rəhbəri | AMEA-nın müxbir üzvü Hüseynov Dadaş Ağa-Cavad oğlu | |
İşçilərin ümumi sayı | 8 | |
Əsas fəaliyyət istiqamətləri | Flüidodinamika və palçıq vulkanizmi, çöküntütoplanma proseslərinin modelləşdirilməsi, flüidlərin miqrasiyası, çöküntü hövzələrinin termobarik şəraitləri. Böyük dərinliklərin karbohidrogen potensialının, kollektor xüsusiyyətlərinin və flüidlərin faza vəziyyətinin qiymətləndirilməsi. | |
Əsas elmi nəticələri | Geokimyəvi və litofasial məlumatlar və üç ölçülü hövzə modelləşdirilməsi əsasında generasiya potensialın qiymətləndirilməsi və ayrı-ayrı mezokaynozoy stratiqrafik komplekslərinin yayılma aerallarının və Cənubi Xəzər hövzəsinin (CXH) akvatorial hissəsində neftqazəmələgəlmə ocaqlarına uyğunluğu, potensialın reallaşdırılmasının təkamül və dərəcəsinin dəyərləndirilməsi aparılmışdır; CXH-nin kerogenlərin genetik tipləşdirilməsi əsasında aalen-bayos və valanjin çöküntülərinə əsasən qaz generasiya rolu və paleogen-miosen çöküntülərinin neft-qaz generasiya rolu müəyyən edilmişdir; Müəyyən edilmişdir ki, paleogen-aşağımiosen çöküntülərinin generasiya etdiyi neftlər karbonun yüngül izotop tərkibi ilə (KİT), orta-üst miosen (diatom) çöküntüləri isə - ağır izotopluq ilə xarakterizə olunur; Kerogenin və karbohidrogen flüidlərin izotop-geokomyəvi korrelyasiyası əsasında aşağı pliosen rezervuarlarının doymasında konkret komplekslərin rolu dəyərləndirilmişdir; Müəyyən edilmişdir ki, qurudan dənizə uzandıqca neftlərin karbon izotop tərkibi diatom çöküntülərinin neft generasiya zonasına daxil olmaqla əlaqədar ağırlaşır; Karbohidrogen flüidlərin izotop geokimyəvi və biomarker tədqiqtları əsasında Cənubi Xəzər hövzəsinin müxtəlif hissələrində flüidogenerasiya mənbələrinin stratiqrafik və gipsometrik aidiyyatı dəyərləndirilmişdir; Flüidogenerasiya komplekslərində məsamə təzyiqlərinin və hidroyarılmaların paylanma sahələri və boşalmanın subvertikal zonaları ilə əlaqədar, yuxarıuzanan rezervuarlarda flüidlərin axmasına kanal kimi xidmət edən, habelə karbohidrogenlərin yığılma zonasının mümkünlüyü modelləşdirilmişdir («shale oil”); Boşalma mənbələrinin (karbohidrogenlərin generasiya mənbələrinin) və subvertikal cisimlərin paylanma zonalarının xəritəyə alınması əsasında karbohidrogenlərin axtarışının yeni təkmilləşdirilmiş metodikası təklif edilmişdir; Müasir flüidodinamikanın analizi və 3 ölçülü hövzə modelləşdirilməsi əsasında CXH ərazisinin risklilik dərəcəsinə görə ranqlaşdırılması və flüidodinamik göstərici əsasında axtarış üçün birincinövbəli obyektləri əsaslandırılmişdir. |