Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Paleontologiya və stratiqrafiya şöbəsi

Paleontologiya və stratiqrafiya şöbəsi
Tel. (+994 12) 5370992  
Faks (+994 12) 5372285  
Elektron poçtu shekhbabayev@yandex.ru 
Struktur bölmənin rəhbəri Babayev Şeh Əli Əli İkram oğlu

geologiya-mineralogiya elmləri doktoru 

İşçilərin ümumi sayı 26 
Əsas fəaliyyət istiqamətləri  İrimiqyaslı geoloji xəritələşdirmə üçün stratiqrafik əsasın hazırlanması, Azərbaycanın fanerozoyunun geoxronoloji və geoxronometrik cədvəllərin detallaşdırılması, nadir paleontoloji və stratiqrafik obyektlərin aşkar edilməsi və qorunması, üzvi aləmin təkamülünün öyrənilməsi, paleoekologiya və paleozoocoğrafiya taksonomiya məsələlərinin həlli üçün riyazi metodların tətbiqi.
Əsas elmi nəticələri Azərbaycanın struktur-fasial zonaları üzrə fanerozoyun regional stratiqrafik sxemləri hazırlanmış, Azərbaycanın paleofaunasının arxi-stratiqrafik qrupları (ammonitlər, belemnitlər, foraminiferlər və b.), kaynozoyun başqa fauna və flora qrupları öyrənilmişdir. Azərbaycan paleontoloqlarının çoxillik tədqiqatlarının yekunu olan “Azərbaycanın təbaşir faunası” adlı unikal monoqrafik əsər yaradılmış, böyük faktiki materialı əsaslanan iki hissəli “Azərbaycanın stratiqrafiyası” çap olunmuşdur.

Azərbaycanın fanerozoyunun paleocoğrafi xəritələri (44 xəritə) atlası və Azərbaycanın IV dövr çöküntülərinin stratiqrafiyası Atlası tərtib edilmişdir.

Azərbaycanın neftli-qazlı komplekslərinin stratiqrafik atlası tərtib olunmuş və nəşr edilmişdir.

Paleontoloji və stratiqrafik tədqiqatlarda riyazi metodların tətbiqi geniş vüsət tapmışdır.

Paleobiokimyəvi tədqiqatlar nəticəsində mühitin bionomik şəraiti dəqiqləşdirilmiş, Azərbaycanın təbaşir və kaynozoy hövzələrinin paleotemperaturları müəyyən edilmişdir.