Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

İqlim dəyişmələrinə uyğunlaşma üzrə Transsərhəd Fəaliyyət planının hazırlanmasına həsr olunmuş görüş keçirilib
30.07.2014 00:00
  • A-
  • A
  • A+

İqlim dəyişmələrinə uyğunlaşma üzrə Transsərhəd Fəaliyyət planının hazırlanmasına həsr olunmuş görüş keçirilib

Avropa Birliyinin maliyə dəstəyi ilə həyata keçirilən “Cənubi Qafqazda biomüxtəlifliyin qorunması və iqlim dəyişmələrinə uyğunlaşma məqsədilə yerli potensialın artırılması və regional əməkdaşlığın gücləndirilməsi” layihəsi çərçivəsində Azərbaycan - Gürcüstan görüşü keçirilib.

Bakıda keçirilmiş görüş İqlim dəyişmələrinə uyğunlaşma üzrə Transsərhəd Fəaliyyət planının hazırlanmasına həsr olunub.

Tədbiri giriş sözü ilə açan layihənin İcra komitəsinin sədri, AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov layihənin hər iki ölkə üçün əhəmiyyətindən danışıb. Qeyd edib ki, müzakirə olunan fəaliyyət planının yüksək keyfiyyətlə işlənilməsi və həyata keçirilməsi biomüxtəlifliyin qorunması və kənd təsərrüfatının inkişafı üçün zəruridir.

Layihə çərçivəsində görülən işlərdən bəhs edən Milli koordinator, AMEA Radiasiya Problemləri İnstitutunun laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü İslam Mustafayev Azərbaycan-Gürcüstan sərhəd zonasında iqlim dəyişmələrinin təsirindən danışıb və birgə fəaliyyətin zəruriliyini qeyd edib.

Sonra gürcüstanlı ekspert T.Baqratia fəaliyyət planının ilkin versiyasını iştirakçıların nəzərinə çatdırıb.

Müzakirələr nəticəsində planın təkmilləşdirilməsi istiqamətində dəyərli tövsiyələr irəli sürülüb. Sonda fəaliyyət planının cari ilin sentyabr ayında hər 2 ölkənin əlaqədar təşkilatlarına təqdim olunması qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: