Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Türkiyədə ezamiyyətdə olub
30.07.2014 00:00
  • A-
  • A
  • A+

AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Türkiyədə ezamiyyətdə olub

AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) şöbə müdiri Təhmasib Fətəliyev AR Prezidenti yanında Elmin İnkişafı Fondu və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə İKT-2 qrant layihəsi olan “Azərbaycan elmi jurnallarının monitorinqi və beynəlxalq elmi bazalarda təmsilçiliyi üçün təkliflərin işlənməsi” çərçivəsində İstanbul şəhərində ezamiyyətdə olub.

Məqsəd elmi jurnalların beynəlxalq elmi bazalarda təmsilçiliyi problemlərinin müzakirəsi, bu sahədə Türkiyə təcrübəsinin öyrənilməsidir.

Səfər çərçivəsində layihə rəhbəri T.Fətəliyev İstanbul Texniki Universitetinin (İTU) müvafiq qurumları ilə tanış olub, təşkil olunmuş görüşlərdə problemlərin müzakirəsində iştirak edib. Həmçinin, universitetin “Kuzey Kıbrıs Türk Cumhuriyeti” Araşdırmalar Mərkəzinin rəhbəri, Kipr Kampusunun rektoru, “Scopus” beynəlxalq elmi bazasına daxil olan “Journal of Hydrology”nin sahə redaktoru professor Ercan Kahya ilə görüş keçirilib.

Görüşdə elmi jurnalların beynəlxalq tələblərə uyğunlaşdırılması, beynəlxalq elmi bazalarda təmsilçiliyi istiqamətində araşdırmaların aparılmasının aktuallığı vurğulanıb və mövcud problemlərin həlli istiqamətində müzakirələr aparılıb. Qeyd olunub ki, elmi jurnalların beynəlxalq elmi bazalara daxil olması ölkə alimlərinin elmi nəticələrinin dünyada sürətlə yayılması və tanınması ilə yanaşı, elmi fəaliyyətin qiymətləndirilməsinə də dəstək olacaq.

Prof. E.Kahya İTU-nun Kipr Kampusunun perspektivləri haqqında məlumat verib və Azərbaycanın müvafiq qurumları, həmçinin AMEA İTİ ilə elmi əməkdaşlıq əlaqələrinin yaradılmasının vacibliyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: