Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Fənlərarası tədqiqatlara həsr olunmuş beynəlxalq yay məktəbi keçiriləcək
05.09.2014 00:00
  • A-
  • A
  • A+

Fənlərarası tədqiqatlara həsr olunmuş beynəlxalq yay məktəbi keçiriləcək

Sentyabrın 9-dan 12-dək AMEA Fəlsəfə və Hüquq İnstitutunda Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində fənlərarası tədqiqatlara həsr olunmuş beynəlxalq yay məktəbi keçiriləcək.

AR Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunacaq tədbirdə Fransanın Nitsa Sofiya Antipolis Universiteti (Universite Nice Sophia Antipolis), Şərq Dilləri və Sivilizasiyaları Milli İnstitutunun (İNALCO – İnstitut National des Langues et Civilisations Orientales) alimləri iştirak edəcəklər. Yay məktəbində azərbaycanlı tədqiqatçılarla yanaşı, qeyd edilən elmi-tədqiqat mərkəzlərinin alimlərinin mühazirələri dinləniləcək, mövzu ətrafında fikir mübadiləsi aparılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: