Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Memarlıq və İncəsənət İnstitutunun əməkdaşları Azərbaycanın Şimal-Qərb bölgəsindəki abidələrə baxış keçiriblər
29.07.2019 16:15
  • A-
  • A
  • A+

Memarlıq və İncəsənət İnstitutunun əməkdaşları Azərbaycanın Şimal-Qərb bölgəsindəki abidələrə baxış keçiriblər

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun əməkdaşları Azərbaycanın Şimal-Qərb bölgəsində - Şəki, Zaqatala, Qax şəhərlərində memarlıq abidələrinə baxış keçirib, onların hazırkı vəziyyətini yoxlayıblar.

Memarlar UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Şəki Xan Sarayında, habelə Zaqatala qalasında, Zaqatalanın mərkəzindəki Rus-Provoslav Kilsəsində, Car, Çingiz və Kəbəloba kəndlərindəki qalalarda, İlisunun Came məscidində, sultanların türbələrində, Ulu körpüdə olub, bir sıra yaşayış binalarına baxış keçiriblər. Eləcə də Zaqatalanın Tarix-Diyarşünaslıq Muzeyində olub, rayonun tarixi, arxeoloji irsi, etnoqrafiyası və s. tanış olublar.

Mütəxəssislər belə qənaətə gəliblər ki, Zaqatala və Qax şəhərindəki abidələrin bərpaya ehtiyacı var.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: