www.science.az
31.07.2019 14:20

Şamaxı Astrofizika Rəsədxanasında ksiloqrafiq rəsmlərdən ibarət sərgi keçirilib

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) muzeyində ksiloqrafiq rəsmlərdən ibarət sərgi keçirilib.

Sərgidə ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilovun təklifi ilə "Azərbaycan Milli Ensiklopodiyası" Elmi Mərkəzinin redaksiya müdiri, rəssam-şair Hüseyn Mirtəqəvinin müəllifi olduğu 40-a yaxın tanınmış dövlət xadimlərinin, dünya dahilərinin və alimlərinin portretləri nümayiş etdirilib.

Müəllifin faner üzərində cərrah bıçağı (neştər) ilə çəkdiyi portretlər dünya üzrə nadir sənət nümunələrindən hesab olunur və Azərbaycanda ilk dəfə olaraq sərgi iştirakçılarına təqdim edilir.

Hüseyn Mürtəqəvi sərgi iştirakçıları qarşısında öz orjinal rəsm texnikası ilə bağlı çıxış edərək onlara digər əsərlərinin elektron variantını göstərib.

Sərgi rəsədxanaya gələn xarici və yerli turistlərin böyük marağına səbəb olub.

Qeyd edək ki, sərgi bir həftə müddətində davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.