Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Magistraturanın boş qalan yerlərinə qəbul olan bakalavrların qeydiyyatı başlanıb
15.08.2019 15:27
  • A-
  • A
  • A+

Magistraturanın boş qalan yerlərinə qəbul olan bakalavrların qeydiyyatı başlanıb

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbul olan bakalavrların müvafiq təhsil müəssisələrində qeydiyyatı başlanıb.

Belə ki, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbul olunan bakalavrlar avqustun 23-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri qəbul olunduqları ali təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər.

Bakalavrlar tələb olunan sənədlərin siyahısını qəbul olunduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: