Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Erməni yalanını ifşa edən elmi əsər çapdan çıxıb
20.08.2019 09:21
  • A-
  • A
  • A+

Erməni yalanını ifşa edən elmi əsər çapdan çıxıb

Tanınmış ictimai-siyasi xadim, “Turan Araşdırma Mərkəzi” İctimai Birliyinin sədri, professor Əjdər Tağıoğlunun qədim müəlliflərə, mötəbər qaynaqlara, etnoqrafik abidələrə, kilsə ədəbiyyatına, məşhur rus, erməni və Avropa tarixçilərinə istinad edərək erməni “tarixşünaslığına” sarsıdıcı elmi zərbələr endirən "Naxçıvan toponiminin etnotarixi əfsanələr qədər qədimdir" kitabı “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

Kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü Vəli Əliyev, rəyçisi Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyevdir.

Əsərdə elmi-tarixi sübutlarla tarixdə "dünya daşqını"nın baş vermədiyi, həmçinin dini mistikada yeni insan cəmiyyətinin "əcdadı" hesab edilən Noyun real şəxsiyyət olmadığı qeyd edilir. Bildirilir ki, bu dini əfsanəni ilk dəfə xristian missionerləri tarixi bizim eradan əvvəl 5000-ci illərə gedib çıxan şumer-türk əhalisinin abidəsi olan "Bilqamıs" dastanının XI bölməsindən götürmüş, bizim erada "Bibliya"da dövrün dini-siyasi tələblərinə uyğun olaraq, etnik zəmində fantastik əlavələrlə xristian tarixinə çevirmişlər.

Araşdırmalarda belə nəticəyə gəlinir ki, Eçmiədzin kilsəsinin guya XIX əsrın I yarısında yaşamış, əslində heç bir elmi ədəbiyyatda adı qeydə alınmamış, anonim keşiş Vartanın adına uydurduğu "erməni Naxçıvanı" iddiası yarıdilənçi qaçqın, köçəri ermənilərin "qədim Qafqaz tarixi" qədər mifdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: