Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Yeni ekzoskelet yerimə və qaçışı asanlaşdıracaq
20.08.2019 12:23
  • A-
  • A
  • A+

Yeni ekzoskelet yerimə və qaçışı asanlaşdıracaq

ABŞ və Cənubi Koreya beynəlxalq alimlər qrupu eyni anda insanın həm yerimə, həm də qaçış zamanı enerji sərfiyyatını azaltmağa imkan verən xüsusi portativ kostyum ekzoskelet yaradıblar.

evo-rus.com saytı yazır ki, yeni qurğu aktivlik profilləri arasında keçid edərək istifadəçinin kütlə mərkəzinin potensial enerji dəyişikliklərini analiz edir. Belə ki, ekzoskelet insan hərəkət tipini (yerimə və ya qaçış) avtomatik müəyyənləşdirərək ona uyğunlaşır. O, müəyyən məqamlarda ayaqları dartır, əzələlərin işini asanlaşdırır və insanın enerji sərfiyyatını azaldır. Yerimə zamanı insanın enerji sərfiyyatı 9,3 faiz, qaçışda isə 4 faiz azalır.

Kənar qurğulara qoşulma tələb etməyən ekzoskelet tam avtonom işləyir. O, ayrı-ayrılıqda bud, bel və çiyinə bərkidilən bir neçə hissədən ibarətdir.

  • Paylaş: