Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

09.09.2019 10:55
  • A-
  • A
  • A+

Moldovalı alimlər AMEA-nın Dendrologiya İnstitutunda olublar

Moldovalı alimlər AMEA-nın Dendrologiya İnstitutunda olublar

Moldova Elmlər Akademiyasının Genetika, Fiziologiya və Bitki Mühafizəsi İnstitutunun alimləri Adebesqo Vasiliski və Jarbe Svetlana AMEA-nın Dendrologiya İnstitutunda olublar.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov qonaqlara müəssisədə aparılan elmi tədqiqat işləri, əldə olunan nailiyyətlər, burada becərilən endemik və dünyanın müxtəlif ölkələrindən gətirilmiş ekzotik bitkilər barədə ətraflı məlumat verib.

Görüşdə iki ölkənin elmi müəssisələri arasındakı əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.

Daha sonra moldovalı alimlər institutun laboratoriyaları ilə tanış olublar. Bitki ekologiyası laboratoryasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Hüseynağa Əsədov müasir avadanlıqlarla təhciz olunmuş laboratoriyada aparılan elmi-tədqiqat işləri barədə qonaqlara məlumat verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: