Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

İlahiyyata dair əlyazmalar kataloqunun III cildi çapdan çıxıb
11.09.2019 11:37
  • A-
  • A
  • A+

İlahiyyata dair əlyazmalar kataloqunun III cildi çapdan çıxıb

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun nəşr etdirdiyi ilahiyyata dair əlyazmalar kataloqunun III cildinə institutda mühafizə olunan ərəb, fars və türk dillərində yazılmış hədisə dair əlyazma əsərlərinin təsviri daxildir. Kataloqun hazırlanma prossesi zamanı yeni əlyazma nüsxələri aşkar edilib, o cümlədən bəzi müəllifsiz əlyazmaların müəllifləri müəyyən edilib.

Yeni cildin tərtibçisi ilahiyyat üzrə fəlsəfə doktoru Nailə Süleymanova, elmi redaktorları filologiya üzrə elmlər doktorları Paşa Kərimov və Kamandar Şəriflidir.

Nəşrdə yer alan farsdilli təsvirlərin redaktoru Könül Bağırova, ərəbdilli təsvirləin redaktoru isə Yeganə Rəhnulladır.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: