Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Akademik Möhsün Nağısoylu Kazanda keçirilən konfransda Ortaçağ Azərbaycan lüğətçilik tarixindən bəhs edib
13.09.2019 12:43
  • A-
  • A
  • A+

Akademik Möhsün Nağısoylu Kazanda keçirilən konfransda Ortaçağ Azərbaycan lüğətçilik tarixindən bəhs edib

Sentyabr ayının 10-11-də Tatarıstanın Kazan şəhərində Tatarıstan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutu tərəfindən “XXI əsr türk dilçiliyi: leksokologiya və leksikoqrafiya” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransın açılış mərasimində çıxış edən Tatarıstan Elmlər Akademiyasının prezidenti, akademik Myakzum Salahov tədbirin türk xalqlarının çoxəsrlik elmi-mədəni əlaqələrinin tarixinə nəzər salmaq baxımından önəmli olduğunu vurğulayıb.

Beynəlxalq konfransda AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu da iştirak edib. Tədbirin açılışında çıxış edən M.Nağısoylu türkdilli xalqların ortaq dəyərlərindən danışıb, bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Azərbaycanlı alim, həmçinin IV bölmənin rəhbəri kimi konfransa sədrlik edib.

“Ortaçağ Azərbaycan lüğətçilik tarixinə bir baxış” mövzusunda məruzə ilə çıxış edən M.Nağısoylu Azərbaycan dilinin lüğətçilik tarixinin elmi və praktiki əhəmiyyətindən bəhs edib. Bildirib ki, lüğət hər bir xalqın mədəniyyətinin göstəricisidir. Orta əsrlər dövrünün lüğətləri bir sıra türk dillərinin fonetikası, qrammatikası və leksikası üzərində maraqlı və incə müşahidələrin qızıl xəzinəsidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: