Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Elm və təhsildə fərqlənən tələbələrə xüsusi təqaüd veriləcək
16.09.2019 16:21
  • A-
  • A
  • A+

Elm və təhsildə fərqlənən tələbələrə xüsusi təqaüd veriləcək

Bu fikri AMEA-nın prezidenti, akademik Akif Əlizadə Bilik Günü münasibətilə keçirilmiş tədbirdə səsləndirib.

Alim öz çıxışında təhsildə və elmdə yüksək nəticələr göstərən tələbələrin fəaliyyətini stimullaşdırmaq məqsədilə hər il təşkil edilən “Magistr” müsabiqəsindən söz açıb. Bildirib ki, cari ildən etibarən magistraturaya yüksək balla qəbul olan, eləcə də öz səmərəli fəaliyyətlərinə görə fərqlənən tələbələrə AMEA prezidentinin xüsusi təqaüdü veriləcək.

Akademikin sözlərinə görə, bu addım tələbələrin elm və təhsilə olan marağını artırmaqla yanaşı, həm də onların sosial durumunu daha da yaxşılaşdırmaq məqsədini daşıyır.

A.Əlizadə artıq AMEA-nın yataqxanasının magistrantların sosial şəraitinin yaxşılaşdırılması üçün öz imkanlarını səfərbər etdiyini də vurğulayıb: “Bu da o deməkdir ki, magistrantlarımız həm bizim tələbəmiz, həm də əməkdaşımız və sakinimizdir”. Alim bu tendensiyanın gələcəkdə də davam etdirilməsinin, növbəti mərhələdə innovativ dissertasiya mövzularını dəstəkləmək üçün “tələbə qrantı”nın da elan edilməsinin nəzərdə tutulduğunu bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: