Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

27.09.2019 16:54
  • A-
  • A
  • A+

Hüseyn Cavidin Ev Muzeyi yeni nəşrlərini nümayiş etdirib

Hüseyn Cavidin Ev Muzeyi yeni nəşrlərini nümayiş etdirib

Sentyabrın 27-də Bakı İdman Sarayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı olub. Sərgi böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr edilib.

Tədbirdə AMEA Hüseyn Cavidin Ev Muzeyi də öz nəşrlərini nümayiş etdirib. Azərbaycan Respublikası Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, professor Fərəh Əliyeva, Mədəniyyət naziri Əbülfəs Qarayev, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və digərləri muzeyin guşəsini ziyarət edib, nəşrlərini yüksək qiymətləndiriblər.

Muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı professor Fərəh Əliyevaya "Məmməd Cəfər. Hüseyn Cavid" monoqrafiyasını (Azərbaycan və rus dillərində) təqdim edib.

Qeyd edək ki, yarmarka zamanı 81 yerli və 22 ölkədən 40 xarici nəşriyyat, poliqrafiya müəssisəsi, kitab evləri və s. qurumlar öz nəşrlərini sərgiləyəcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: