Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Naxçıvan Bölməsində yeni nəşrlərin təqdimatı keçirilib
11.10.2019 10:30
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində yeni nəşrlərin təqdimatı keçirilib

AMEA-nın Naxçıvan Bölməsində Bioresurslar İnstitutunun kollektivi tərəfindən nəşr olunan “Naxçıvan Muxtar Respublikasının tətbiqyönümlü yabanı və mədəni qida bitkiləri” və “Naxçıvan Muxtar Respublikasının florası-Capparaceae juss (Kəvərkimilər) və Clemaceae Bercht.et J. Presl (Kleomakimilər)” adlı kitabların təqdimatı keçirilib.

Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq muxtar respublikanın fauna və flora müxtəlifliyinə görə Azərbaycanın ən zəngin yerlərindən biri olduğunu söyləyib. Alim Bioresurslar İnstitutunun qarşısında duran əsas vəzifənin diyarın təbii sərvətlərinin özünəməxsus xüsusiyyətlərinin öyrənilməsi, faydalı bitkilərin introduksiyası və onlar üzərində geniş miqyasda elmi-tədqiqat işlərinin aparılması olduğunu bildirib. İnstitut əməkdaşlarının apardığı elmi işlərin, tətbiqyönümlü tədqiqatların elmi nəşlərdə öz əksini tapdığını deyən İ.Hacıyev biologiya elminin zənginləşməsinə xidmət edən hər iki kitabın müəlliflərinə uğurlar arzulayıb.

Daha sonra institutun aparıcı elmi işçisi, biologiya üzrə elmlər doktoru Fatmaxanım Nəbiyevanın “Naxçıvan Muxtar Respublikasının tətbiqyönümlü yabanı və mədəni qida bitkiləri kitabı haqqında bir neçə söz” adlı məruzəsi dinlənilib. Alim məruzəsində qeyd edib ki, vəsaitdə Naxçıvanın müxtəlif torpaq-iqlim şəraiti üçün məhsuldar, yüksək kefiyyətli, biotik və abiotik amillərə qarşı davamlı sortların əkilərək artırılması, yeni yaradılmış sortların fermer təsərrüfatlarına sürətlə tətbiq olunması hesabına məsuldarlığın yüksəldilməsi və yeni intensiv tipli, keyfiyyətli sortların tətbiq edilməsi aparılan tədqiqatın əsas məqsədi olub.

İnstitutun böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Əfruz Nəsirovanın “Naxçıvan Muxtar Respublikasının florasına həsr olunmuş fundamental əsər” adlı məruzəsində isə bildirilib ki, bölgədə geniş yayılan Kəvərkimilər və Kleomakimilər fəsilə bitkilərinin sistematik tərkibi dəqiqləşdirilib, növlərin biomorfoloji, areoloji və botaniki-coğrafi xüsusiyyətləri öyrənilib, onların fitokimyəvi tərkibi araşdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: