www.science.az
11.10.2019 13:01

Efiopiyanın Baş naziri Nobel sülh mükafatına layiq görülüb

Bu gün Osloda baş tutan xüsusi tədbirdə 2019-cu il üçün Nobel sülh mükafatı laureatının adı açıqlanıb.

Efiopiyanın Baş naziri Abiy Əhməd Əli "sülhə və beynəlxalq əməkdaşlığa nail olmaq üçün göstərdiyi səylərinə, xüsusilə qonşu Eritreya ilə sərhəd münaqişəsinin həlli istiqamətindəki qətiyyətli təşəbbüsünə görə" Nobel sülh mükafatına layiq görülüb.

www.nobelprize.org