AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Kitabxanaçılıq-informasiya sahəsi üzrə ixtisaslaşdırılmış fond mühafizə olunaraq oxucuların istifadəsinə verilib. Fond 1965-ci ildə görkəmli kitabxanaşünas-alim Rasim Kazımovun təşəbbüsü ilə yaradılıb.
Qeyd edək ki, həcmi 14183 nüsxə sənəddən ibarət Kitabxanaçılıq-informasiya sahəsi üzrə ixtisaslaşdırılmış fondun bütün materiallı e-kataloqa daxil edilib. Fondda Rasim Kazımovun şəxsi kitab kolleksiyası da xüsusi yer tutur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.