16-17 oktyabr tarixlərində AMEA-nın Yüksək Texnologiyalar Parkı və Cənubi Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutu (STEPİ) tərəfindən birgə təşkil olunan “Azərbaycanda texnologiya transferi və elmin kommersiyalaşdırılmasının təşviqi” adlı beynəlxalq seminar başa çatıb.
İki gün davam edən seminarda "Texnoloji sahibkarlıq və ideya əsaslı startap", "2019-cu il üzrə inkişaf və nailiyyət layihəsi", "Koreyada STİ potensialının inkişafı üzrə səyyar təlimdən sonra tətbiq və inkişaf", “Texnoparkların texnologiyaların kommersiyalaşdırılmasında rolu”, “Koreya texnoparkı inteqrasiya olunmuş biznes platforması kimi” mövzularında təqdimatlar olub, elm, texnologiya və innovasiya siyasətinin iqtisadiyyatda mühüm rolu və əldə olunan nailiyyətlər haqqında məruzələr dinlənilib. Tədbirdə, həmçinin Azərbaycanın elm və texnologiya siyasətinin cari vəziyyəti müzakirə olunub.
Seminarın keçirilməsində əsas məqsəd Koreyanın innovasiyaların sənayedə tətbiqinə dair təcrübəsinin öyrənilməsi, həmçinin iki ölkə arasında elm və texnologiya sahəsində davamlı əməkdaşlığa nail olmaq idi.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.