Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Bakı şəhəri UNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib
31.10.2019 09:46
  • A-
  • A
  • A+

Bakı şəhəri UNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib

Bu il 31 oktyabr - Dünya Şəhərlər Günü münasibətilə UNESKO 48 ölkədən 66 şəhəri “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edib. Siyahıda Azərbaycanın paytaxtı Bakı şəhərinin də adı var. Bakı Yaponiyanın Asahikava, Tailandın paytaxtı Banqkok, Filippinin Sebu, Braziliyanın Fortaleza, Vyetnamın Honai, Bəhreyn Krallığının Muharraq, Meksikanın Queretaro və Kosta-Rikanın paytaxtı San-Xose şəhərləri ilə birgə "dizayn" kateqoriyası üzrə siyahıya daxil edilib.

Bu şəbəkə inkişafını yaradıcılıq - musiqi, sənət və sənətkarlıq, dizayn, kino, ədəbiyyat, rəqəmsal incəsənət və qastronomiya üzərində quran şəhərləri bir araya gətirir. Şəbəkə innovasiya və yaradıcılığı yeni şəhər strategiyasının davamlı və daha inklüziv inkişafının əsas faktoru hesab edir.

Hazırda şəbəkəyə 246 şəhər daxildir.

Qeyd edək ki, Şəki şəhəri “sənət və sənətkarlıq” tematikası üzrə 2017-ci ildən şəbəkənin üzvüdür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: