Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Nazirlər Kabineti fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri barədə diplomların formasını təsdiqləyib
07.11.2019 10:15
  • A-
  • A
  • A+

Nazirlər Kabineti fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri barədə diplomların formasını təsdiqləyib

Nazirlər Kabineti fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri barədə diplomların formasının təsdiq edilməsi haqqında qərar imzalayıb.

Bu haqda qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərarda qeyd olunub ki, fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri barədə diplomlar Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 1.7-ci bəndinə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən həmin elmi dərəcələri təsdiq etmək məqsədilə verilir.

Eyni zamanda, fəlsəfə doktoru diplomunun təsviri, ölçüsü və rəngi müəyyənləşib. Belə ki, diplom 195 mm x 285 mm ölçüdə mühafizə nişanlı kağızda çap olunur. Fəlsəfə doktoru diplomu açıq mavi rənglidir.

Diplomun ön tərəfinin sağ yuxarı hissəsində Azərbaycan Respublikasının Dövlət Gerbinin rəngli təsviri əks olunur və Azərbaycan Respublikasının Dövlət Gerbinin altında “AZƏRBAYCAN RESPUBLİKASI” sözləri, həmin sözlərin altında isə tünd qara rənglə “FƏLSƏFƏ DOKTORU DİPLOMU” sözləri yazılır.

Qərarla elmlər doktoru diplomunun da təsviri, ölçüsü və rəngi müəyyənləşib. Belə ki, diplom 195 mm x 285 mm ölçüdə mühafizə nişanlı kağızda çap olunur. Elmlər doktoru diplomu açıq çəhrayı rənglidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: