AMEA-nın Neft-Kimya Prosesləri İnstitutu (NKPİ), Suraxanı rayon İcra Hakimiyyəti və Suraxanı rayon Heydər Əliyev Mərkəzi arasında 2017-ci ildə imzalanmış müqaviləyə əsasən rayonun aztəminatlı ailələrinin uşaqları üçün kimya və fizika fənlərindən ödənişsiz kurslar təşkil olunub.
2019-cu ildə məşğələləri başa çatan şagirdlərdən 9-u ali məktəblərə qəbul olub.
Cari ilin oktyabr ayından isə yeni qrup məşğələlərinə start verilib. NKPİ-nin direktoru, akademik Vaqif Abbasov məşğələ qrupunun iştirakçıları ilə görüşüb, onlara dəyərli tövsiyələr verib. Alim məktəbliləri maraqlandıran sualları cavablandırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.