Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

“Marmaris” şirkətinin prezidenti AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda olub
15.11.2019 14:28
  • A-
  • A
  • A+

“Marmaris” şirkətinin prezidenti AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda olub

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Özbəkistan-Türkiyə birgə şirkəti “Marmaris”in prezidenti Davron Adilovla görüş keçirilib.

Görüşdə şirkətin prezidenti Özbəkistanda pambıq sahələrində biogübrədən istifadənin dövlət əhəmiyyətli bir məsələ olduğunu və bu işin yerinə yetirilməsinin hökumət tərəfindən onlara tapşırıldığını bildirib.

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev rəhbərlik etdiyi elmi müəssisədə “Aqroekobiotex” şirkəti ilə birlikdə üzvi tullantı əsaslı biogübrələrin alınması texnologiyası və tətbiqi metodikasının işlənildiyini deyib, bu sahədə özbək həmkarları ilə işbirliyi yaradılmasının vacibliyini vurğulayıb.

Görüşdə institutun aparıcı elmi işçisi və “Aqroekobiotex” şirkətinin prezidenti Əli Əlizadə, layihə texnologiyaları üzrə mütəxəssis Sübahət İsgəndərov da iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: