Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Özbəkistanlı qonaqlar Milli Azərbaycan Tarixi Muzeyində olublar
29.11.2019 13:42
  • A-
  • A
  • A+

Özbəkistanlı qonaqlar Milli Azərbaycan Tarixi Muzeyində olublar

Özbəkistan Respublikası Elmlər Akademiyasının Özbəkistan Dövlət Tarix Muzeyinin baş mühafizi Ravşan Qulyamov və muzeyin Numizmatika şöbəsinin elmi işçisi Vaxtyor Xodjayev AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində olublar.

Bu mədəniyyət ocağının direktoru, akademik Nailə Vəlixanlı ilə görüşdə qarşılıqlı əməkdaşlıq perspektivləri və birgə layihələr ətrafında müzakirələr aparılıb, təkliflər irəli sürülüb.

Sonda özbək qonaqlara muzeyin nəşrləri hədiyyə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: