2 dekabr 2019-cu il tarixində saat 11:00-da AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan, görkəmli mütəfəkkir, ictimai-siyasi xadim Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunan elmi sessiya keçiriləcək.
Tədbir Prezident İlham Əliyevin “Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında” müvafiq Sərəncamına əsasən baş tutacaq.
Ünvan: Bakı şəh., Hüseyn Cavid prospekti 115.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.