AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Məmmədovun “İmadəddin Nəsiminin leksikası oğuz dilləri kontekstində” adlı monoqrafiyası çapdan çıxıb.
Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Sevil Mehdiyeva, rəyçiləri filologiya üzrə fəlsəfə doktorları, dosentlər Baba Məhərrəmli və Qızılgül Abdullayevadır.
Müəllif monoqrafiyanın I fəslində Nəsiminin dilində işlənmiş türk mənşəli ümumi isimləri, II fəslində isə feilləri müxtəlif leksik-semantik qruplara bölərək oğuz qrupu türk dilləri ilə müqayisə edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.