Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

02.12.2019 17:47
  • A-
  • A
  • A+

İsrailli alimlər Fizika İnstitutunda olublar

İsrailli alimlər Fizika İnstitutunda olublar

Bakı Dövlət Universitetinin  (BDU)  rektoru, f.-r.ü.f.d., dos. Elçin Babayev, İsrailin "İnnovativ Texnologiyalar Qrupu" MMC-nin (İTQ) prezidenti Maykl Frenkel və həmin şirkətin nümayəndəsi Mark İsrael AMEA-nın Fizika İnstitutunda olublar.

Görüşün məqsədi üçtərəfli əməkdaşlıq imkanlarını müzakirə etmək olub.

BDU-nun rektoru E.Babayev Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədovun elmi fəaliyyəti haqqında qonaqlara məlumat verib, onun fizika elmi sahəsində aparıcı alimlərdən olduğunu vurğulayıb. Qeyd edib ki, akademik N.Məmmədov uzun illər Yaponiyada elmi fəaliyyətlə məşğul olub. Alim Fizika İnstitutunun innovasiya sektorunun qurulmasında, xüsusilə maddi-texniki baza ilə təmin olunmasında xidmətlər göstərib.

E.Babayev İTQ ilə əməkdaşlıq imkanlarından, qarşılıqlı kadr mübadiləsindən, birgə təcrübə proqramlarının həyata keçirilməsindən də danışıb.

N.Məmmədov isə Fizika İnstitutunda aparılan tədqiqatlardan, günəş elementlərindən, günəş enerjisindən istifadə üsullarından bəhs edib, burada optik, ellipsometirya kimi sahələrin yüksək inkişaf etdiyini deyib.

Sonra M.Frenkel çıxış edərək Fizika İnstitutunun nəzəri fizika sahəsində təcrübəsinə əsaslanaraq tətbiqi fizika sahəsində əməkdaşlığın mümkünlüyündən danışıb. O, əməkdaşlıq çərçivəsində bu istiqamətdə yüksək nəticələrin əldə olunacağına inamını ifadə edib.

Daha sonra qonaqlar müəssisənin İnnovasiya sektorunda yaradılan maddi-texniki baza ilə tanış olublar.

Görüşdə, həmçinin BDU-nun Nano Araşdırmalar Mərkəzinin direktor müavini Zöhrab Ağamalıyev, Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov və innovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov da iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: