Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Azərbaycan alimlərinin məruzələri İranda beynəlxalq konfransda maraqla qarşılanıb
06.12.2019 16:23
  • A-
  • A
  • A+

Azərbaycan alimlərinin məruzələri İranda beynəlxalq konfransda maraqla qarşılanıb

Tehran şəhərində İran Arxeoloji Cəmiyyətinin “Qarşılıqlı Mədəni Əlaqələr, Fasiləsizlik və Tənəzzül” adlı illik beynəlxalq konfransı keçirilib.

Konfransda AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları - AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Naxçıvançay və Sirabçay vadisi abidələrinin tədqiqi”, t.ü.f.d., dosent Zeynəb Quliyeva "Urmiya hövzəsi və Naxçıvanın Neolit mədəniyyətinin ortaq xüsusiyyətləri” və Turan Həşimova “Qızqala boyalı keramikasının Urmiya hövzəsi ilə əlaqələri” mövzusunda məruzələrlə çıxış ediblər.

Bundan başqa, beynəlxalq tədbirdə bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Təsviri və Dekorativ sənətlər şöbəsinin müdiri Fizzə Quliyevanın “Naxçıvanın Orta Tunc dövrü boyalı keramikasının Urmiya hövzəsi ilə mədəni əlaqələri” mövzusunda məruzəsi dinlənilib.

Bölmə əməkdaşlarının məruzələri konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: