Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.12.2019 16:39
  • A-
  • A
  • A+

Gəncə Bölməsinin əməkdaşları “Bir gündə 650 min ağac əkək” təşəbbüsünə qoşulublar

Gəncə Bölməsinin əməkdaşları “Bir gündə 650 min ağac əkək” təşəbbüsünə qoşulublar

Azərbaycanın dahi şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində dekabrın 6-da respublikamızda, o cümlədən Gəncə şəhərində genişmiqyaslı ağacəkmə aksiyası keçirilib.

“Təbiətə öz töhfəni ver” şüarı altında keçirilən aksiyaya şəhərin idarə və müəssisələri, hüquq-mühafizə orqanları, elm, təhsil və səhiyyə ocaqları, idman təşkilatlarının kollektivləri, tələbə-gənclər, eləcə də çoxsaylı könüllülər qatılıblar. Ağacəkmə aksiyasında AMEA-nın Gəncə Bölməsinin əməkdaşları da yaxından iştirak ediblər.

Gün ərzində ulu öndər Heydər Əliyevin adını daşıyan park-kompleksi ərazisində və Nizami Gəncəvinin məqbərəsi ətrafında 10 mindən çox Eldar şamı və dekorativ bəzək ağacı əkilib.

Kütləvi şəkildə keçirilən bu aksiya böyük mütəfəkkir İmadəddin Nəsimi irsinin təbliği, dünyada tanıdılması ilə yanaşı, şəhərin gözəlləşdirilməsi və ətraf mühitin yaşıllaşdırılması baxımından olduqca əhəmiyyətlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: