Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Ağsu Təcrübə Dayaq Məntəqəsinin ərazisində 1350 ağac əkilib
07.12.2019 14:05
  • A-
  • A
  • A+

Ağsu Təcrübə Dayaq Məntəqəsinin ərazisində 1350 ağac əkilib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən ağacəkmə aksiyasına AMEA-nın Zoologiya İnstitutu da qoşulub.

Müəssisə əməkdaşları tərəfindən Ağsu Təcrübə Dayaq Məntəqəsinin ərazisində 1350 ağac əkilib.

Qeyd edək ki, aksiya ekoloji balansın bərpasında, təbii mühitin qorunmasında, atmosferin çirklənməsinin qarşısının alınmasında ciddi rol oynayacaq və respublika ərazisinin yaşıllaşdırılmasına gələcəkdə öz töhfəsini verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: