Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Coğrafiya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təsis yığıncağı keçirilib
08.11.2013 00:00
  • A-
  • A
  • A+

AMEA Coğrafiya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təsis yığıncağı keçirilib

AMEA akad. H.Əliyev adına Coğrafiya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təsis yığıncağı keçirildi. Tədbiri giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə elmlər doktoru Elbrus Əlizadə Azərbaycanda müasir dövrün əsas aparıcı qüvvəsi olan gənclərin elmə cəlb edilməsi prosesinin uğurla həyata keçirildiyini, gənc alim və tədqiqatçılara dövlət səviyyəsində xüsusi diqqət və qayğının göstərildiyini qeyd etdi. E.Əlizadə gənclərin elmi potensialının artırılması, onların müxtəlif elm sahələrində ixtira və kəşflərinin, təşəbbüs və təkliflərinin stimullaşdırılması, layihə və proqramların maliyyələşdirilməsi məsələlərinin yüksək səviyyədə təşkilinin əhəmiyyətini vurğulayaraq AMEA Rəyasət Heyətinin 17 oktyabr 2013-cü ildə keçirilmiş iclasında Gənc Alim və Mütəxəssislər Şurasının yaradılmasına dair qərarın qəbul olunduğunu bildirdi, Şuranın yaradılmasının əhəmiyyətindən, məqsəd və vəzifələrindən danışdı. Sonra namizədliyi irəli sürülmüş gənclər səsvermə yolu ilə institutun yeni yaradılacaq Gənc Alim və Mütəxəssislər Şurasına üzv seçildilər. Tərkibi 30 nəfərdən ibarət olmaqla institutun “Landşaft və landşaft planlaşdırıması” şöbəsinin əməkdaşı, c.ü.f.d. 

Samirə Ələkbərova

 Gənc Alim və Mütəxəssislər Şurasının sədri, “Əhali coğrafiyası” şöbəsinin əməkdaşı 

Zaur Qasımov

 və “Azərbaycanın iqtisadi və siyasi coğrafiyası” şöbəsinin əməkdaşı

Rauf Əmənov

 sədrin müavinləri seçildilər. Sonda çıxış edən institutun həmkarlar təşkilatının sədri, c.ü.f.d. 

Habil Haqverdiyev

 və elmi katibi 

Luiza Salayeva

 gənc coğrafiyaçı alimlərə gələcək fəaliyyətlərində uğurlar arzuladılar.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: